Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Yeni milli təhlükəsizlik strategiyası Avropaya qarşı yeni geosiyasi alyans yaradır..." ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Avropa üçün ciddi xəbərdarlıqdır.
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
ABŞ-ın yeni strategiyası və Avropa üçün siqnallar İtaliyalı politoloq Natali Toççi yazır ki, Tramp administrasiyası Avropa əvəzinə Moskva ilə yaxşı münasibətlər qurmaq niyyətindədir.
Strategiyada "Öncə Amerika" yanaşması önə çəkilir, ABŞ Avropada təhlükəsizlik öhdəliklərini azaltmağı və NATO-nun genişlənməsini dayandırmağı nəzərdə tutur.
Avropa ölkələrinin müdafiəsini özləri təmin etməsi vacib hesab olunur, ABŞ isə resurslarını digər regionlara yönəldəcək.
Toççi xəbərdarlıq edir ki, Avropa Ukrayna müharibəsində tək qalarsa, Rusiya resurslarını digər cəbhələrə yönəldərək qitəyə qarşı yeni təhdidlər yarada bilər.
Onun fikrincə, Avropanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün Ukraynaya dondurulmuş rus aktivlərinin verilməsi də zəruri ola bilər.