Icma.az
close
up
RU
“Sonuncu siqnal: ABŞ Avropadan üz döndərib, Rusiyanın tərəfinə keçir“ “Foreign Policy“

“Sonuncu siqnal: ABŞ Avropadan üz döndərib, Rusiyanın tərəfinə keçir“ “Foreign Policy“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yeni milli təhlükəsizlik strategiyası Avropaya qarşı yeni geosiyasi alyans yaradır..."

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Avropa üçün ciddi xəbərdarlıqdır.

Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.

ABŞ-ın yeni strategiyası və Avropa üçün siqnallar

İtaliyalı politoloq Natali Toççi yazır ki, Tramp administrasiyası Avropa əvəzinə Moskva ilə yaxşı münasibətlər qurmaq niyyətindədir. Strategiyada "Öncə Amerika" yanaşması önə çəkilir, ABŞ Avropada təhlükəsizlik öhdəliklərini azaltmağı və NATO-nun genişlənməsini dayandırmağı nəzərdə tutur. Avropa ölkələrinin müdafiəsini özləri təmin etməsi vacib hesab olunur, ABŞ isə resurslarını digər regionlara yönəldəcək.

Toççi xəbərdarlıq edir ki, Avropa Ukrayna müharibəsində tək qalarsa, Rusiya resurslarını digər cəbhələrə yönəldərək qitəyə qarşı yeni təhdidlər yarada bilər. Onun fikrincə, Avropanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün Ukraynaya dondurulmuş rus aktivlərinin verilməsi də zəruri ola bilər.

Avropanın vəziyyəti və transatlantik ittifaqın çətinliyi

"Bloomberg" nəşri yazır ki, Avropa hazırda ABŞ ilə münasibətlərdə ən dramatik dönəmini yaşayır. Yeni strategiya Avropaya xəbərdarlıq edir ki, təhlükəsizlik və siyasətdə yanlış addımlar qitəni tək qoyacaq. Avropa liderləri - Britaniya, Fransa, Almaniya Tramp administrasiyasının Moskvaya yaxınlaşmasını narahatlıqla izləyir.

ABŞ nümayəndəsi Stiv Uitkoffun Putinə Tramp planını təqdim etməkdə məsləhət verməsi qitənin Vaşinqtonla etibarını zəiflədir. Avropa diplomatik dairələri xəbərdarlıq edir ki, ABŞ-ın hərəkətləri nəticəsində Avropa Ukraynanı dəstəkləmək üçün tək qalacaq, hərbi yardım və kəşfiyyat məlumatlarına çıxış məhdudlaşa bilər. Bu, xüsusilə Kiyevin müdafiə qabiliyyətini zəiflədə bilər.

Strategiyanın Avropaya təsiri və kritik mesaj

Yeni strategiya Avropanı sərt tənqid edir, qitəni demoqrafik, iqtisadi və siyasi problemləri olan və etibarlı tərəfdaşlıq qabiliyyətini itirən bir region kimi göstərir. ABŞ sənəddə Avropa daxilində milliçiliyi və patriotik partiyaları dəstəkləməklə qitədə müqavimət yaratmağı hədəfləyir. Eyni zamanda, Avropa Birliyi və digər transmillətçi orqanlar demokratiyanı boğmaqda, söz azadlığını məhdudlaşdırmaqda ittiham olunur.

Analitiklər bildirir ki, Avropa uzun illər ABŞ-ın qoruyucu "dəstəyinə" alışıb, lakin hazırkı strategiya göstərir ki, Avropa öz təhlükəsizliyini təmin etməli və transatlantik ittifaqın gələcəyini yenidən düşünməlidir. Bu sənəd Avropada kəskin reaksiyaya səbəb olub və qitə ilə ABŞ arasında münasibətlərdə yeni gərginlik mərhələsini açıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri