Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Donald Tramp milyarderə cinayət işinin açılmasını tələb edir Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni administrasiyasının qətiyyətli siyasi iradəsi sayəsində Beynəxalq İnkişaf Agentliyinin (USAID) bir qədər bundan əvvəl fəaliyyəti tamamilə dayandırıldıqdan sonra eyni aqibəti Soros Fondu və digər əlaqədar qurumlar da yaşaya bilər.
Artıq Ağ Evdə qurumun təsisçisi, 94 yaşlı milyarder Corc Soros və ona yaxın adamlarla bağlı siyasi qərar verilib.
Belə ki, ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Sorosa qarşı cinayət işinin açılmasını tələb edib.
Milyarder hökumətə qarşı etirazları dəstəkləməkdə ittiham edilir.
Prezident hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-a ciddi ziyan vurur.
Dünyanın 70-dən çox ölkəsində qərəzli fəaliyyətlər C.Soros adı bütün dünyada tanınan ABŞ milyarderlərindən biridir.
Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada yerləşdirilib.