Icma.az
close
up
RU
Soros erasının sonu...

Soros erasının sonu...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Tramp milyarderə cinayət işinin açılmasını tələb edir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni administrasiyasının qətiyyətli siyasi iradəsi sayəsində Beynəxalq İnkişaf Agentliyinin (USAID) bir qədər bundan əvvəl fəaliyyəti tamamilə dayandırıldıqdan sonra eyni aqibəti Soros Fondu və digər əlaqədar qurumlar da yaşaya bilər. Artıq Ağ Evdə qurumun təsisçisi, 94 yaşlı milyarder Corc Soros və ona yaxın adamlarla bağlı siyasi qərar verilib. Belə ki, ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Sorosa qarşı cinayət işinin açılmasını tələb edib. Milyarder hökumətə qarşı etirazları dəstəkləməkdə ittiham edilir. Prezident hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-a ciddi ziyan vurur.

Dünyanın 70-dən çox ölkəsində qərəzli fəaliyyətlər

C.Soros adı bütün dünyada tanınan ABŞ milyarderlərindən biridir. Nüfuzlu “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada yerləşdirilib. C.Sorosun sərvəti 29 milyard dollar məbləğində qiymətləndirilir.

Lakin Corc Soros yanız sərvəti ilə şöhrət tapmayıb. İş adamı eyni zamanda “Soros” İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-ın Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının üzvü olub. Digər tərəfdən, C.Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.

Milyarder qısa müddət ərzində Soros Fondunun dünyanın ayrı-ayrı ölkələrində geniş əhatə dairəsinə malik şəbəkəsini formalaşdırmağa nail olub. Hazırda 70-dən çox ölkədə Soros Fondunun yerli ofisləri fəaliyyət göstərir. Fondun büdcəsi təxminən 1 milyard dollara bərabərdir. Təsis olunduğu 1984-cü ildən bu yana Soros Fondu müxtəlif ölkələrdə 14 milyard dollardan çox vəsait xərcləyib. Fondun dünya ölkələrində 1400 nəfər işçisinin olduğu bildirilir.

Soros Fondunun və Açıq Cəmiyyət İnstitutunun bütün dünyada intensiv şəkildə şəbəkələşməsini şərtləndirən əsas məqamlardan biri fondun təsisçisinin özü barəsində “xeyriyyəçi” imici formalaşdırmağa nail olması ilə bağlıdır. Bəli, o, ABŞ-ın özündə və digər ölkələrdə bir sıra xeyriyyəçilik layihələrinin təşəbbüskarı olub və bu layihələri maliyyələşdirib. Lakin nahaq deməyiblər ki, havayı pendir ancaq tələdə ola bilər. Corc Sorosun “xeyriyyəçiliyi” də yalnız aysberqin görünən tərəfidir. Onun “xeyriyyəçilik” fəaliyyətinin alt qatlarında isə  xoş niyyətdən uzaq olan qərəzli məqsədlər dayanıb. Faktlar təsdiqləyir ki, milyarderin təsis etdiyi qurumlar bütün dönəmlərdə hədəf seçilən milli dövlətlərə qarşı təzyiq alətinə çevrilib. Bu zaman “yumşaq güc” taktikasından istifadə olunub. Belə ki, milli dövlətlərin cəmiyyətləri, xüsusilə də gənclər, tələbələr qrantlar müqabilində ələ alınıb və müxtəlif vasitələrlə zombiləşdirlib, etirazçı təbəqə formalaşdırılıb. Bu yolla ölkələrdə sonu görünməyən xaos yaradılıb, siyasi rejimlər dəyişdirilib, “rəngli inqilablar” törədilib. Bununla da xalqların, dövlətlərin faciələri başlayıb. “Xeyriyyəçi” Sorosun yer aldığı xaos ssenarilərinin əsas məqsədi isə ayrı-ayrı regionlarda adı milli, özü isə reallıqda milli maraqlardan uzaq olan oyuncaq hakimiyyətlər qurmaq, bu yolla ölkələrin sərvətlərini talamaq olub. Sorosun sərvətinin böyük bir qismini məhz belə çirkin vasitələrlə qazandığı heç kəsə sirr deyil.

Soros Fondunun postsovet məkanındakı izləri

C.Soros və ona bağlı olan qurumlar “rəngli inqilab” ssenarilərini, həmçinin postsovet məkanında da reallaşdırmağa çoxsaylı cəhdlər göstəriblər. Sorosun Cənubi Qafqazda ən çox nüfuz etdiyi ölkə isə  Ermənistandır. Soros Fondu bu ölkədə 1997-ci ildən “lövbər” salıb. Uzun cəhdlərdən sonra bu ölkədə 2018-ci ildə siyasi böhran yaratmaq və “rəngli inqilab” vasitəsi ilə yeni hakimiyyət formalaşdırmaq mümkün olub. Təbii ki, hakimiyyət dəyişikliyindən sonra Soros Fondu Ermənistanda pul kisəsinin ağzını daha geniş açıb. Vəsaitlər müxtəlif layihələrə, o cümlədən “medianın inkişafına”, “demokratiyanın dərinləşdirilməsinə” və sair belə, necə deyərlər, gəlişigözəl məqsədlərə yönəldilib. İnqilab baş tutduqdan sonra təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib. Eyni zamanda, bu ölkəyə  “Açıq cəmiyyət - Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Soros Fondu  postmüharibə dönəmində də Ermənistana yardımları davam etdirib. Məsələn, təkcə 2021-ci il ərzində bu fondun ayırdığı 1,2 milyon dollar vəsait Ermənistanda müxtəlif şəxslərə qrant şəklində paylanıb. Ümumiyyətlə, Ermənistanda Soros Fondu insan hüquqlarının müdafiəsi, qadınların hüquqlarının müdafiəsi, antikorrupsiya kampaniyaları, seçki monitorinqi və digər sahələrdə çoxsaylı QHT-lərə dəstək verir. Təbii ki, bu təşkilatlar illərlə fəaliyyət göstərərək ölkədə hakimiyyət dəyişikliyinə öz töhfələrini veriblər. Bu təşkilatların rəhbərlərinin bir çoxu hazırkı hökumətdə yüksək vəzifələr tuturlar.  Musiqi pulu ödəyənin sifarişi ilə çalınır. Məhz Soros Fondunun səyləri sayəsində Ermənistan siyasi oriyentasiyasını Rusiyadan Qərbə doğru dəyişib. Bu prosesin axırda necə sonuclanacağını isə zaman göstərəcək.

Soros Fondu bir çox digər ölkələr kimi, Azərbaycanda da öz izlərini qoymağa çaışıb. Belə ki, qurum respubikamızda da ənənəvi ssenari üzrə “inqilabçılar” yetişdirməyə, sosial narazı təbəqə formalaşdırmağa səy göstərib. Fond tərəfindən 2002-2014-cü illər arasında müxalifətyönümlü QHT-lərə 25 milyon dollardan çox pul ayrılıb. Paralel olaraq isə, fondun maliyyə dəstəyi ilə transmilli mediada Azərbaycana qarşı “qara piar” aparılıb. Sorosçular xüsusilə də əlamətdar hadisələr, seçkilər ərəfəsində fəallıqlarını artırıblar. Gənclər, etiqadlı insanlar hədəf qrupları kimi seçilib. Fond ökəmizdə fərqli oriyentasiyalı dini kəsim formalaşdırmağa böyük səy göstərib.

Lakin Soros Azərbaycanın nümunəsində qarşısında yetkin, dövlətə və milli maraqlara sadiq olan, ən zəruri məqamlarda sıx həmrəylik ortaya qoyan bir cəmiyyət görüb. Kənar təsirləri bizim cəmiyyətə aşılamaq mümkün deyil. Azərbaycan xalqı ənənələrə, milli köklərinə sıx bağlıdır. Bizim üçün Vətən, torpaq, dövlət, bayraq , milli dəyərlər hər şeydən öndədir. Buna görə də Azərbaycanın Soros kimilərinə cavabı belədir: Gedin, itirdiyinizi başqa yerlərdə axtarın! Yeri gəlmişkən qeyd edək ki, Soros Fondunun respublikamızda fəaliyyəti 2011-ci ildən dayandırılıb. Bundan sonra fond ölkəmizə distant fəaliyyətlə hansısa təsir göstərməyə çalışsa da, bütün səyləri boşa çıxıb. “İndi Azərbaycan bölgədə o cümlədən Sorosla mübarizə aparır. Əslində mən Soros deyəndə, təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, dağıdıcı, yırtıcı, müstəmləkəçi bir hərəkətdir”, - deyə Prezident İlham Əliyev sorosçuların və onlarla bir yerdə olanların qərəzli fəaliyyətlərinin layiqli qiymətini verib.

ABŞ-da demokratlarla respublikaçıların rəqabətində tərəf saxlayan sorosçular və Trampın qəzəbi

D. Trampın Sorosu cinayət məsuliyyətinə cəlb etməklə bağlı çağırışı əbəs deyil. Amerika Birləşmiş Ştatlarında respublikaçılarla demokratlar arasında əbədi rəqabət olduğu hər kəsə bəllidir. Bu rəqabətdə sorosçular demokratlara açıq dəstək nümayiş etdirirlər. C.Soros demokratlar partiyasının ən böyük donorlarından biri kimi tanınır. 2004-cü il seçki kampaniyası zamanı Soros respublikaçı Corc Buşun ikinci müddətə seçilməməsi üçün 27 milyon dollar xərcləyib. Lakin onun bütün səylərinə baxmayaraq, amerikalılar Buşu yenidən prezident seçiblər.

D.Trampın Sorosa qəzəbinin dərin kökləri var. Respublikaçı Donald Tramp da zamanında  Sorosun “qara siyahısı”na düşüb. Tərəflər arasında savaş getdikcə daha da alovlanıb. ABŞ mətbuatının yazdığına görə, Corc Sorosun dəstəklədiyi bir neçə solçu təşkilat müxtəlif vaxtlarda Tramp əleyhinə nümayişlərə 20 milyon dollardan çox ianə edib. Pul prezidentin Vaşinqtonda cinayətlə mübarizə siyasətinə qarşı çıxmaq üçün liberal qruplara verilib. Trampın ilk prezidentliyi dövründə də Soros Fondu etirazlara külli miqdarda pul xərcləyib. “Community Change” və “Community Change Action” təşkilatları Ağ Evin qarşısına 150 etirazçı toplayaraq, prezidentin qərarına qarşı etirazlar keçirib. Maraqlıdır ki, bu təşkilatlar da Sorosdan qidalanan qurumlardır. Təkcə 2023-cü ildə “Community Change” və “Community Change Action” Açıq Cəmiyyət İnstitutundan 4 milyon dollar ianə alıb.

D.Tramp bütün bunları unutmayıb və fondun ölkə daxilindəki etirazlara maliyyə dəstəyi verməsinə qəti etirazını bildirib. Tramp o reallığı nəzərə alır ki, son illərdə ABŞ-da geniş populyarlıq qazanan “Black Lives Matter” hərəkatı da daxil olmaqla bir çox aksiya və sosial dalğalanmalar məhz Soros və ona yaxın qurumların maliyyə dəstəyi ilə həyata keçirilib. Bu da təbii ki, hakim komandada ciddi narazılığın yaranmasına, fondun əsas məqsədinin respublikaçılara qarşı yönəlməklə yanaşı, Vaşinqtonun siyasi nizamını sarsıtmaq, ölkəni xaosa sürükləmək olduğunu ortaya çıxarmağa imkan yaradıb.

Eyni zamanda, Sorosun oğlu Aleks də D.Trampın qəzəbinə tuş gəlib. Buna səbəb isə milyarderin oğlunun ABŞ siyasətinə təsirinin getdikcə artmasıdır. O da atası kimi demokratları dəstəkləyir. Tramp bu reallığı nəzərə almaya bilməz.  O, gələcək təhlükəni bəri başdan önləmək istəyir.

Əslində, D.Tramp seçkiöncəsi təşviqat kampaniyasında Sorosla haqq-hesab çəkəcəyinin anonsunu etmişdi. Yeni administrasiyanın bir neçə ayı əhatə edən fəaliyyəti dönəmində Sorosun sərgilədiyi əməllər Trampın açıq hücuma keçməsi üçün zəmin formalaşdırıb. Belə ki, hansısa bir yolla demokratların getməsinin heyfini çıxmağa çalışan milyarder təsir imkanlarından bəhrələnməklə Senatda büdcə ilə bağlı qanunun qəbuluna da təsir göstərmək istəyib. Bununla da “xeyriyyəçi” cildinə bürünən iş adamı  Donald Trampın siyasi kursuna mane olmaq niyyətini ortaya qoyub. Aydın məsələdir ki, Tramp Sorosun bu qəbildən olan davranışlarını bağışlaya bilməzdi. Belə görünür ki, Soros erasının da sonu gəlib.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri