Icma.az, Turkstan.az saytına istinadən bildirir. “Səssiz qatil” işə düşdü, Gəncədə bir ailə zəhərləndi - ekspertlər bu faciədən çıxış yollar
Bu isə xüsusilə kombi sistemi olmayan mənzillərdə və fərdi evlərdə qaz sobalarının yenidən işə salınması deməkdir.
Təəssüf ki, hər il eyni mənzərə ilə qarşılaşırıq: payız-qış mövsümü başlayar-başlamaz “səssiz qatil” adlandırılan dəm qazı insanların həyatına son qoyur.
Bütün xəbərdarlıqlara, maarifləndirici kampaniyalara baxmayaraq, bu ilin soyuq mövsümünə də faciə xəbərləri ilə daxil olmuşuq.
Artıq Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əminə Səmədova və onun üç azyaşlı övladı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əfsus ki, payızın ilk aylarından belə hadisələrin sayı artır və hər il bu dövr “dəm qazı fəsli”nə çevrilir.
Məsələ təkcə fərdi məsuliyyətsizliklə izah olunmur - burada həm texniki, həm sosial, həm də maarifləndirmə problemləri var.