Icma.az
close
up
RU
SOS! Qış gəlməmiş dəm qazı fəlakəti başladı əhaliyə xəbərdarlıq

SOS! Qış gəlməmiş dəm qazı fəlakəti başladı əhaliyə xəbərdarlıq

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

“Səssiz qatil” işə düşdü, Gəncədə bir ailə zəhərləndi - ekspertlər bu faciədən çıxış yollarını açıqladı

Havaların soyuması ölkə üzrə qış istilik rejiminə keçidi yaxınlaşdırır. Bu isə xüsusilə kombi sistemi olmayan mənzillərdə və fərdi evlərdə qaz sobalarının yenidən işə salınması deməkdir. Təəssüf ki, hər il eyni mənzərə ilə qarşılaşırıq: payız-qış mövsümü başlayar-başlamaz “səssiz qatil” adlandırılan dəm qazı insanların həyatına son qoyur.

Bütün xəbərdarlıqlara, maarifləndirici kampaniyalara baxmayaraq, bu ilin soyuq mövsümünə də faciə xəbərləri ilə daxil olmuşuq. Artıq Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əminə Səmədova və onun üç azyaşlı övladı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əfsus ki, payızın ilk aylarından belə hadisələrin sayı artır və hər il bu dövr “dəm qazı fəsli”nə çevrilir. Məsələ təkcə fərdi məsuliyyətsizliklə izah olunmur - burada həm texniki, həm sosial, həm də maarifləndirmə problemləri var.

Mütəxəssislərin fikrincə, dəm qazından zəhərlənmə hallarının çoxalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, qaz sobalarının və qazanların köhnəlməsi, texniki cəhətdən yoxlanılmaması faciələrin əsas qaynağıdır. Sobalarda qaz tam yanmadıqda karbonmonoksit - ölümcül qaz əmələ gəlir. Rəngsiz və qoxusuz olan bu qaz hiss olunmur və çox qısa zamanda ölümə səbəb olur.

Digər vacib amil ventilyasiya sistemlərinin işləməməsidir. Bir çox evlərdə, xüsusilə də hamam və mətbəxlərdə havalandırma kanalları ya yoxdur, ya da bağlanıb. Soyuq havalarda bəzi insanlar ventilyasiya deşiklərini örtür, bu isə qazın toplanmasına şərait yaradır. Qaz cihazlarının qeyri-peşəkar quraşdırılması da təhlükəni artırır.

Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, dəm qazından zəhərlənmə əsasən texniki şərtlər gözlənmədikdə baş verir: “Dəm qazından zəhərlənmə əvvəllər daş kömür sobalarında baş verirdi. Zəhərlənmə ondan ayrılan karbon oksid vasitəsilə reallaşırdı. Bundan əlavə, müxtəlif qaz sobalarından istifadə zamanı texniki şərtlər gözlənilmədikdə də zəhərlənmə olur. Dəm qazı nəfəs aldıqda iy hiss etmədiyimiz, selikli qişada qıcıqlanma törətməyən bir qazdır. Nəfəs yolları ilə bədənə daxil olur, daha sonra hemoqlobini özünə birləşdirir və karboksihemoqlobin əmələ gətirir.

Karboksihemoqlobin əmələ gətirdiyinə görə hemoqlobin artıq oksigeni özünə birləşdirə bilmir. Müəyyən miqdardan sonra toxumalar oksigensiz qalır. Problemin mahiyyəti budur. Orqanizmdə həyati funksiyaları saxlamaq imkanına qədər hemoqlobin qalıbsa, həmin insanlar sağ qala bilir. Əgər bütün hemoqlobin birləşirsə, belə xəstələr ayılmırlar".

Nüsrət Qasımov

“Azəriqaz” İstehsalat Birliyinin sabiq şöbə rəisi Nüsrət Qasımovun sözlərinə görə, dəm qazından zəhərlənmə hallarının böyük əksəriyyəti hamamlarda baş verir ki, bunun da səbəbi var: “Səbəb budur - tüstü bacaları təmizlənmir. Tüstü bacaları evin damından yarım metr hündürlükdə olmalıdır. Həmçinin başında xüsusi qoruyucusu olmalıdır ki, gəmiricilər içinə girməsin, quşlar yuva qurmasın. Buna heç kim məhəl qoymur. Ümumiyyətlə, əhaliyə başa salan yoxdur ki, tüstü bacaları necə təmizlənməlidir. Bu barədə əhali maarifləndirilməlidir”.

Ekspert bildirir ki, havalandırma sisteminə də diqqət etmək lazımdır: “Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin dəm qazı gözü acışdırır. Hamam otağında digər təsirlərdən bunu hiss etməyə bilərsiniz. Ona görə də hamam otağının ölçülərinə də diqqət etmək lazımdır. Hamamın həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Eyni zamanda vətəndaş özü qaz sobasını qurmalı deyil. Bunun üçün də ustalar var. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənib ölür.

Bundan başqa, qaz cihazı olan yerdə mütləq qaz sızması və dəm əleyhinə dedektor qoyulmalıdır. Dəm qazı əleyhinə olan dedektor dəm qazı əmələ gələndə bu barədə istifadəçiyə siqnal verir, istifadəçi də otaqda dəm qazının olduğunu bilir. Bu zaman dərhal otaqlar havalandırılmalıdır. Qaz sızmasının əleyhinə olan detektor isə qaz sızma zamanı anında qazın təchizatını dayandırır, istifadəçi bu barədə məlumatlı olur". /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri