Sosial evlər layihəsi: 2025 in gözləntisi MİDA dan nə xəbər? | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Natiq Cəfərli: “Sosial mənzillərlə bağlı insanların güvənə biləcəyi bir mexanizm yaradılmalıdır”Ötən il sosial evlərə dair MİDA-nın təşkil etdiyi və mənzillərin fantastik sürətlə satılmasına görə ölkədə ajiotaj doğuran layihənin bu il davam etdirilib-etdirilməyəcəyi maraq doğurur.
Xatırladaq ki, minlərlə aztəminatlı və evsiz insan üçün mənzil əldə etməyin yeganə üsulunun mənzil dəllalları tərəfindən manipulyasiyaya məruz qoyulması ölkədə ictimai narazılıq doğurmuşdu.Bu il necə olacaq, sosial mənzillərin sərfəli qiymətə satışı üzrə layihə həyata keçiriləcəkmi?
Və həmin layihədən hansı gözləntilər var? Ekspertlərin fikrincə, müsabiqənin elektron formatda keçirilməsi və mənzillərin çox qısa vaxt ərzi
Satışa çıxarılan mənzillər bir neçə saniyə ərzində satılır.
Bu səbəbdən bir çox vətəndaş dəfələrlə bu müsabiqədə iştirak etsə də, ev qazana bilmir.
Onu da qeyd edək ki, bu sosial bir layihə olduğu üçün vətəndaşlar yalnız bir dəfə güzəştli şərtlərdən yararlana bilərlər.MİDA-nın təyin etdiyi qiymətlər bir çox ailənin büdcəsinə uyğun hesab oluna bilər.
Məsələn, müqayisə aparsaq, Yasamalda Şərifzadə küçəsində yerləşən mənzilin bir kvadratmeri 1500 manatdan başlayırsa, bu ərazidən 700-800 metr aralıda ASAN xidmətin arxasındakı MİDA-ya məxsus binalarda mənzillərin bir kvadratmetri 900 manatdan təklif olunur.
Tam oxu
Xəbəri oxu