Icma.az
close
up
RU
Sosial evlər layihəsi: 2025 in gözləntisi MİDA dan nə xəbər?

Sosial evlər layihəsi: 2025 in gözləntisi MİDA dan nə xəbər?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Natiq Cəfərli: “Sosial mənzillərlə bağlı insanların güvənə biləcəyi bir mexanizm yaradılmalıdır”

Ötən il sosial evlərə dair MİDA-nın təşkil etdiyi və mənzillərin fantastik sürətlə satılmasına görə ölkədə ajiotaj doğuran layihənin bu il davam etdirilib-etdirilməyəcəyi maraq doğurur. Xatırladaq ki, minlərlə aztəminatlı və evsiz insan üçün mənzil əldə etməyin yeganə üsulunun mənzil dəllalları tərəfindən manipulyasiyaya məruz qoyulması ölkədə ictimai narazılıq doğurmuşdu.

Bu il necə olacaq, sosial mənzillərin sərfəli qiymətə satışı üzrə layihə həyata keçiriləcəkmi? Və həmin layihədən hansı gözləntilər var? Ekspertlərin fikrincə, müsabiqənin elektron formatda keçirilməsi və mənzillərin çox qısa vaxt ərzində satılması vətəndaşları qane edə bilməz. Satışa çıxarılan mənzillər bir neçə saniyə ərzində satılır. Bu səbəbdən bir çox vətəndaş dəfələrlə bu müsabiqədə iştirak etsə də, ev qazana bilmir. Onu da qeyd edək ki, bu sosial bir layihə olduğu üçün vətəndaşlar yalnız bir dəfə güzəştli şərtlərdən yararlana bilərlər.

MİDA-nın təyin etdiyi qiymətlər bir çox ailənin büdcəsinə uyğun hesab oluna bilər. Məsələn, müqayisə aparsaq, Yasamalda Şərifzadə küçəsində yerləşən mənzilin bir kvadratmeri 1500 manatdan başlayırsa, bu ərazidən 700-800 metr aralıda ASAN xidmətin arxasındakı MİDA-ya məxsus binalarda mənzillərin bir kvadratmetri 900 manatdan təklif olunur. Ancaq təbii ki, bu mənzillərin sahəsi digər evlərlə müqayisədə daha kiçik və yığcam olur. Bu mənzillərin bu formada hazırlanması aztəminatlı kateqoriyaya aid olan vətəndaşlar üçün daha əlçatan olması ilə əlaqədardır. Hazırda Yasamal ərazisində iki otaqlı mənzillərin qiyməti 140 min manatdırsa, MİDA-da bu evlər 40-50 min manata təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli deyir ki, narazılıq yaradan məsələlərdən biri insanların ora çıxış əldə etmək problemidir.

“Ötən illərdə texniki xətalar oldu, bu məsələlərlə bağlı cinayət araşdırmaları baş verdi. Faktiki olaraq prosesin özünə insanların güvəni azaldı. Çünki kifayət qədər insan sosial mənzillərə çıxış əldə etmək istəyir. Bir çoxlarının sənədlərlə buna haqqı çatır. Bu kateqoriyaya düşən azərbaycanlıların sayı çoxdur. İstər şəhid ailələri və qazilər, istərsə də gənc ailələr olsun. Təsnifat həddindən artıq genişdir deyə bir çox insanın ora haqqı çatır, lakin iştirak edə bilmir. Ona görə də sosial mənzillərlə bağlı insanların güvənə biləcəyi bir mexanizm yaradılmalıdır. Canlı yayımda cəmiyyətdə hörməti olan insanların nəzarəti altında olan bir komissiyanın iştirakı ilə mənzillərin bölüşdürülməsi həyata keçirilsə, mənə elə gəlir ki, daha doğru olar və insanlarda prosesə inam yaranar. 

Digər problem ondan ibarətdir ki, sosial mənzillərə bu qədər böyük tələbatın olması ancaq Bakı şəhərinə aiddir. Bu isə ondan xəbər verir ki, regionlardan insanların paytaxta köçü dayanmır. Sosial mənzillərin istiqamətinin regionlara, böyük şəhərlərə- Gəncəyə, Mingəçevirə, Xankəndinə dəyişdirilməsinə ehtiyac var. Mənzillər orada satışa çıxarılsın və insanlar köçməyə sövq edilsin. Orada iş yerləri yaradılsın, tikinti sektoru canlansın. Bu da ciddi məsələlərdən biridir. Çünki sosial mənzil anlayışı ancaq Bakıya şamil edilə bilməz. Bu, sosioloji və iqtisadi problemdir. Bunun həlli yollarından biri regionların inkişafı, oraya insanların geri dönüşünün təmin edilməsindən keçir. Bu, ajiotajın azaldılmasına səbəb ola bilər.

Yeniliklərin olacağı ilə bağlı hələ məlumat yoxdur. Çox güman ki, bu günə qədər hansı sistem və yanaşma olubsa, bu il də həmin yanaşmanın tətbiq ediləcəyini görəcəyik. Yeni qayadalar olsaydı, ictimaiyyətə öncədən məlumat verilərdi".

İqtisadçı Eldəniz Əmirov deyir ki, sosial evlər bu gün mənzil bazarında olan qiymətlərlə müqayisədə daha əlverişlidir. Bu isə dövlət tərəfindən maliyyə vəsaitlərinin ayrılması şəraitində mümkündür: "Artan tələbin səviyyəsi və sosial evlərin həcmi arasında olan fərqlilik nəticə etibarı ilə bu tip evlər satışa çıxarılan zaman ən qısa vaxtda satılması ilə nəticələnir.  Buna görə də evlərin tez satılıb qurtarması başa düşüləndir. Alan çoxdur, mənzil isə azdır.  İstəklər qarşısında mənzil azdırsa, təbii olaraq bu zaman böyük bir fərqlilik mənzillərin daha tez satılmasına gətirib çıxaracaq. Hazırkı vəziyyətdə ipoteka həcmlərinin müəyyən qədər sosial mənzillərə yönəlməsi mümkündür. İpoteka kreditləri üçün ayrılan vəsaitin bir hissəsinin sosial evlərin tikintisinə istiqamətləndirilməsi tələbin qarşılanması üçün müəyyən qədər ortaya nəticə qoya bilər. Lakin bu il hansısa gözləntim yoxdur. Çünki bu gün vəziyyət reallığı əks etdirmir”.  

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ötən il  dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış komplekslərində ümumilikdə 544 mənzilin satışını həyata keçirdiyi zaman da böyük narazılıqlar yaranmışdı. Satış elektron qaydada, “Güzəştli Mənzil” sistemi vasitəsilə baş tutub. Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər. Bu, əsas narazılıqlara səbəb olub.

MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib. Elektron kabinetə malik olan hər bir vətəndaşın seçimlərdə bərabər hüquqlara malik olduğu vurğulanıb. Bununla belə, bəzi istifadəçilər sistemin yüklənmə problemləri səbəbindən ədalətsizlik yaşandığını iddia ediblər. Narazılıqlar əsasən sistemin fəaliyyətindəki gecikmələr və seçim zamanı baş verən texniki problemlərlə əlaqədardır. Onu da nəzərə çatdıraq ki, bu kimi narazılıqlar hər dəfə təkrarlanır.

Yada salaq ki, MİDA 2018-ci ilin sentyabrından bu yolla mənzil satışını həyata keçirir. 2022-ci ilin martında kənar şəxslərin qanunsuz müdaxiləsi aşkar edilmiş, satışın nəticələri ləğv olunmuş, həbslər həyata keçirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:462
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri