Sosial mediada milyonların izlədiyi səhifə Bakıdan video hazırlayıb: “Londondan daha yaxşı…
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial mediada milyonlarla izləyicisi olan “Urban Visuals 2.0” səhifəsi əsasən müxtəlif ölkələrdə şəhər həyatını göstərən paylaşımlar edir.
Adətən, göstərilənlərə şərh verilmir, ümumi mənzərə ortaya qoyulur. “Urban Visuals 2.0” bu dəfə Bakını seçib.
Səhifənin İngiltərədən olan idarəçiləri bizim paytaxtda olublar. Görüntülərin şəhərin mərkəzindən olduğu nəzərə çarpır.
Metronun “Sahil” stansiyası yaxınlığında insan axını göstərilib.
Burada xeyli sayda kuryer, hətta əlindəki podnosda müştərilərə çay aparan kafe işçisi də gözə dəyir.Bizimyol.info xəbər verir ki, Bakıdan çəkilən videoya müxtəlif sosial şəbəkələrdə yüzlərlə rəy gəlib.
İngiltərədə yaşayanların əksəri bizim paytaxtın Londondan daha yaxşı olduğunu yazıblar.
Buranın Avropaya bənzədiyini qeyd edənlər də az deyil. Yəni rəylərin əksəri müsbətdir.
Tam oxu
Xəbəri oxu