Icma.az
close
up
RU
Sosial mediada milyonların izlədiyi səhifə Bakıdan video hazırlayıb: “Londondan daha yaxşıdır”

Sosial mediada milyonların izlədiyi səhifə Bakıdan video hazırlayıb: “Londondan daha yaxşıdır”

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial mediada milyonlarla izləyicisi olan “Urban Visuals 2.0” səhifəsi əsasən müxtəlif ölkələrdə şəhər həyatını göstərən paylaşımlar edir. Adətən, göstərilənlərə şərh verilmir, ümumi mənzərə ortaya qoyulur. “Urban Visuals 2.0” bu dəfə Bakını seçib. Səhifənin İngiltərədən olan idarəçiləri bizim paytaxtda olublar. Görüntülərin şəhərin mərkəzindən olduğu nəzərə çarpır. Metronun “Sahil” stansiyası yaxınlığında insan axını göstərilib. Burada xeyli sayda kuryer, hətta əlindəki podnosda müştərilərə çay aparan kafe işçisi də gözə dəyir.

Bizimyol.info xəbər verir ki, Bakıdan çəkilən videoya müxtəlif sosial şəbəkələrdə yüzlərlə rəy gəlib. İngiltərədə yaşayanların əksəri bizim paytaxtın Londondan daha yaxşı olduğunu yazıblar. Buranın Avropaya bənzədiyini qeyd edənlər də az deyil. Yəni rəylərin əksəri müsbətdir. Yalnız bir neçə rəydə kadrlardan bozluq yağdığı bildirilib. Maraqlıdır ki, məhz bu rəylər rusca yazılıb. Bir nəfər isə rusca yazıb ki, “bəs qızlar hanı?” Halbuki videoda çox qadın görünür.

Rəylərdən biri xüsusi maraq doğurur: “Mən burada olmuşam. Dünyanın ən təhlükəsiz üç ölkəsindən biri adlandırardım. Hətta ən təhlükəsizi. Qızlar belə, küçədə gəzə bilir və heç bir təhlükə hiss etmirlər. Küçələr inanılmaz dərəcədə təmizdir. Mətbəxi isə təbii və yüksək səviyyədə”.

Anadolu türkcəsində yazılan reaksiyalar müsbətdir. Türkiyəlilər burada yaxşı insanlarla qarşılaşdıqlarını bildirirlər. Mələk adlı sosial media istifadəçisi ümumiyyətlə Azərbaycanı çox sevdiyini yazıb.

Kolumbiyalı Elisanqela Santos indi Bakının Londonla müqayisədə daha çox Avropa şəhərinə bənzədiyini qeyd edib. Müşahidələr müxtəlifdir. İnsanların qaşqabaqlı göründüyü yazanlar da var, rahat davrandığını da. Videonu görənlərdən biri şəhər sakinlərinin geyimlərdə tünd rənglərə üstünlük verdiyini xüsusi fərqləndirib.

Fransadan, Danimarkadan reaksiyalar da diqqət çəkir. Yenə fikirləri müsbət adlandırmaq olar.

Azərbaycanca ifadə olunan bir rəy isə maraqlı görünməyə bilməz. Nəcəfzadə yazıb ki, belə kadrların çəkilməsi yaxşıdır. Çünki 100 il sonra da baxılması mümkündür, amma onda videoda gördüklərimizin heç biri həyatda olmayacaq.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri