Sosial medianın zehni sağlamlığa təsiri araşdırılıb AZƏRTAC | Icma.az
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 8 yanvar, AZƏRTAC “Oxford University Press” “Beyin çürüməsi”ni 2024-cü ilin sözü seçərək, sosial medianın beyin sağlamlığına mənfi təsirlərini yenidən diqqət mərkəzinə gətirib.
Təxminən 37 min nəfərin səsverməsi ilə seçilən bu ifadə, ilk dəfə 1854-cü ildə Amerika yazıçısı Henry David Thoreau tərəfindən “Walden” əsərində istifadə olunub və son dövrlərdə istifadəsi 230 faiz artım göstərib.AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Oxford-un tərifinə görə, “beyin çürüməsi”, keyfiyyətsiz və ya mübahisəli onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində insanın zehni və intellektual funksiyalarının pozulmasıdır.
Bundan əlavə, zərərli təsirlər yaradan hər hansı amillər də bu kateqoriyaya daxil edilir.
Xüsusilə, sosial mediada sensasiyalı xəbərlər, sui-qəsd nəzəriyyələri və gülünc videolar kimi məzmunların beyinə ciddi zərər verdiyi tədqiqatlarla sübuta yetirilib.Harvard Tibb Məktəbi, Oksford Universiteti və London Kral Kolleci kimi aparıcı institutların araşdırmalarına əsasən, həddindən artıq sosial media istifadəsi aşağıdakı təsirlərə səbəb ola bilər:• Boz maddənin azalması - beynin yaddaş, diqqət və emosional idarəetmə funksiyaları üçün mühüm olan boz maddə həddindən artıq onlayn məzmun istehlakı ilə zədələnə bilər.• Diqqət müddətinin azalması - limitsiz səhifə sürüşməsi və daim dəyişən məzmun diqqəti saxlamağı çətinləşdirir.• İdrak funksiyalarında zəifləmə - beynin qərarvermə və mühakimə qabiliyyəti zərər görür.2019-cu ildə “World Psychiatry” jurnalında dərc edilən bir məqalə yüksək səviyyədə internet və sosial media istifadəsinin beyin prefrontal bölgələrində struktur dəyişikliklərinə səbəb olduğunu göstərib.
2023-cü ildə aparılan bir araşdırmanın müəllifi Michoel Moshel, onlayn məzmunun beynin yeni və stimullaşdırıcı məlumat axtarma meylinə təsir etdiyini vurğulayıb.
M.Moshel bildirir ki, mənfi və sensasiyalı məlumatlar daha böyük maraq oyatdığı üçün beyin bu məzmunlara daha çox meyillənir.
Bu vəziyyət, xüsusilə “qiyamət sürüşməsi” kimi tanınan fenomenə gətirib çıxarır.
Tam oxu
Xəbəri oxu