Icma.az
close
up
RU
Sosial medianın zehni sağlamlığa təsiri araşdırılıb AZƏRTAC

Sosial medianın zehni sağlamlığa təsiri araşdırılıb AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 yanvar, AZƏRTAC

“Oxford University Press” “Beyin çürüməsi”ni 2024-cü ilin sözü seçərək, sosial medianın beyin sağlamlığına mənfi təsirlərini yenidən diqqət mərkəzinə gətirib. Təxminən 37 min nəfərin səsverməsi ilə seçilən bu ifadə, ilk dəfə 1854-cü ildə Amerika yazıçısı Henry David Thoreau tərəfindən “Walden” əsərində istifadə olunub və son dövrlərdə istifadəsi 230 faiz artım göstərib.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Oxford-un tərifinə görə, “beyin çürüməsi”, keyfiyyətsiz və ya mübahisəli onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində insanın zehni və intellektual funksiyalarının pozulmasıdır. Bundan əlavə, zərərli təsirlər yaradan hər hansı amillər də bu kateqoriyaya daxil edilir. Xüsusilə, sosial mediada sensasiyalı xəbərlər, sui-qəsd nəzəriyyələri və gülünc videolar kimi məzmunların beyinə ciddi zərər verdiyi tədqiqatlarla sübuta yetirilib.

Harvard Tibb Məktəbi, Oksford Universiteti və London Kral Kolleci kimi aparıcı institutların araşdırmalarına əsasən, həddindən artıq sosial media istifadəsi aşağıdakı təsirlərə səbəb ola bilər:

• Boz maddənin azalması - beynin yaddaş, diqqət və emosional idarəetmə funksiyaları üçün mühüm olan boz maddə həddindən artıq onlayn məzmun istehlakı ilə zədələnə bilər.

• Diqqət müddətinin azalması - limitsiz səhifə sürüşməsi və daim dəyişən məzmun diqqəti saxlamağı çətinləşdirir.

• İdrak funksiyalarında zəifləmə - beynin qərarvermə və mühakimə qabiliyyəti zərər görür.

2019-cu ildə “World Psychiatry” jurnalında dərc edilən bir məqalə yüksək səviyyədə internet və sosial media istifadəsinin beyin prefrontal bölgələrində struktur dəyişikliklərinə səbəb olduğunu göstərib. 2023-cü ildə aparılan bir araşdırmanın müəllifi Michoel Moshel, onlayn məzmunun beynin yeni və stimullaşdırıcı məlumat axtarma meylinə təsir etdiyini vurğulayıb. M.Moshel bildirir ki, mənfi və sensasiyalı məlumatlar daha böyük maraq oyatdığı üçün beyin bu məzmunlara daha çox meyillənir. Bu vəziyyət, xüsusilə “qiyamət sürüşməsi” kimi tanınan fenomenə gətirib çıxarır. Bununla da insanlar mənfi məzmun istehlakı nəticəsində narahatlıq və ümidsizlik yaşayırlar.

Gənclər və yeniyetmələr sosial mediadan istifadənin zərərli təsirlərinə qarşı daha həssasdırlar. Beynin inkişaf mərhələsində həddindən artıq texnologiya istifadəsi “rəqəmsal demans” riskini artıra bilər. M.Moshelin tədqiqatları yeniyetməlik dövründə sosial media istifadəsinin şəxsiyyət formalaşması və sosial idrak proseslərinə mənfi təsir göstərdiyini aşkar edib.

Bəs problemin qarşısını necə almaq olar? Mütəxəssislər həddindən artıq sosial media istifadəsinin təsirlərini azaltmaq üçün müəyyən tövsiyələri irəli sürürlər: Məzmunun keyfiyyətinə diqqət yetirin - təhsil və maarifləndirici xarakterli məzmunlara üstünlük verin. Vaxtı məhdudlaşdırın - gündəlik ekran istifadəsinə yaşa uyğun limitlər qoyaraq, müntəzəm fasilələr edin. Alternativ fəaliyyətlər seçin - sosial qarşılıqlı əlaqə, idman və ya açıq havada fəaliyyətlər beyin sağlamlığı üçün faydalıdır. Bildirişləri məhdudlaşdırın - cihaz bildirişlərini azaldaraq diqqəti yayındıran faktorları minimuma endirin.

Sosial mediadan düzgün və məhdud şəkildə istifadə etmək zehni sağlamlığı qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ekran qarşısında keçirilən vaxtın həm keyfiyyəti, həm də kəmiyyəti üzərində nəzarət etməklə, “beyin çürüməsi” kimi problemlərin qarşısını almaq mümkündür. Alimlər beynin sağlamlığını qorumaq üçün təhsilyönümlü məzmunların təşviq edilməsini və sosial media platformalarının daha məsuliyyətli dizayn edilməsini vacib hesab edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 06:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri