Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vururlar | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. “Slater and Gordon” hüquq firması “Facebook”, “Twitter” və digər sosial şəbəkələrin boşanm
Nəticə isə xeyli təəccüblüdür. Belə ki, firma müəyyən edib ki, dünyada hər 7-ci nikah sosial şəbəkələr ucbatından pozulur.
Cütlüklər boşanma istəmələrinə səbəb kimi daha çox həyat yoldaşlarının sosial şəbəkələrdə paylaşdıqları fotoları, statusları və s.-ni göstəriblər.“Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir”Adıçəkilən hüquq firması eyni zamanda müəyyən edib ki, dünyadakı hər 5-ci cütlük sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır.
Hər 4-cü cütlük isə həftədə azı bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir.
“Slater and Gordon” şirkətinin rəsmisi Endryu Nyuberi boşanmalarda sosial şəbəkələrin rolunun ilbəil artdığını bildirib: “Hər il daha çox müştərimiz boşanmasında “Facebook”, “Skype”, “Snapchat”, “Twitter”, “What’sApp” və s.
sosial şəbəkələrin rol oynadığını deyir. Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir.
Boşanma proseslərində vəkillər sosial şəbəkələrdəki xəyanətə əsas arqument kimi fotoları, video və yazışmaları göstərirlər”.
Yuxarıda qeyd olunan məsələlərlə bağlı ölkəmizdə vəziyyətin nə yerdə olmasını öyrənməyə çalışdıq.“Sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı” Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bunları dedi: “Bu gün heç kimə sirr deyildir ki, Azərbaycanda ailələrin dağılması səbəblərindən biri də sosial şəbəkələrdir.
Tam oxu
Xəbəri oxu