Icma.az
close
up
RU
Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vururlar

Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vururlar

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

“Slater and Gordon” hüquq firması “Facebook”, “Twitter” və digər sosial şəbəkələrin boşanma hallarının artmasına təsirini öyrənmək məqsədilə araşdırma aparıb.

Nəticə isə xeyli təəccüblüdür. Belə ki, firma müəyyən edib ki, dünyada hər 7-ci nikah sosial şəbəkələr ucbatından pozulur. Cütlüklər boşanma istəmələrinə səbəb kimi daha çox həyat yoldaşlarının sosial şəbəkələrdə paylaşdıqları fotoları, statusları və s.-ni göstəriblər.
“Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir”
Adıçəkilən hüquq firması eyni zamanda müəyyən edib ki, dünyadakı hər 5-ci cütlük sosial şəbəkələrdə həyat yoldaşının ona xəyanət edib-etmədiyini araşdırır. Hər 4-cü cütlük isə həftədə azı bir dəfə öz tərəf-müqabili ilə internetdən istifadəyə görə mübahisə edir. “Slater and Gordon” şirkətinin rəsmisi Endryu Nyuberi boşanmalarda sosial şəbəkələrin rolunun ilbəil artdığını bildirib: “Hər il daha çox müştərimiz boşanmasında “Facebook”, “Skype”, “Snapchat”, “Twitter”, “What’sApp” və s. sosial şəbəkələrin rol oynadığını deyir. Sosial şəbəkələr nikahlar üçün yeni mina sahəsidir. Boşanma proseslərində vəkillər sosial şəbəkələrdəki xəyanətə əsas arqument kimi fotoları, video və yazışmaları göstərirlər”. Yuxarıda qeyd olunan məsələlərlə bağlı ölkəmizdə vəziyyətin nə yerdə olmasını öyrənməyə çalışdıq.
“Sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı”

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bunları dedi: “Bu gün heç kimə sirr deyildir ki, Azərbaycanda ailələrin dağılması səbəblərindən biri də sosial şəbəkələrdir. Bu, artıq sosial-psixoloji problemə çevrilib. Boşanma ilə bağlı verilən ərizələrə baxsaq görərik ki, boşanmaya səbəb kimi tərəflər arasında fikir ayrılığı göstərilir. Fikir ayrılığına səbəb olan amillərdən ən başlıcası isə mobil telefon və sosial şəbəkələrdir”.
Müsahibimizin sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: “Misal üçün, tərəflərdən birinin pis vərdişlərə meyilli olması, qayınana-gəlin münasibətlərinin düzgün qurulmaması və s. əsas göstərilir. Amma bu ənənəvi problemlər ailə üçün əksər hallarda ciddi təhlükəyə çevrilmirdi. Son illər mobil telefonların sürətli inkişafı, sosial şəbəkələrin populyarlaşması boşanmaların sayının artmasına, tərəflər arasında münasibətlərin korlanmasına çox böyük mənfi təsir göstərir”.
E. Rüstəmov vurğuladı ki, sosial şəbəkələr tərəflər arasında emosional bağı qırdı: “Hansı ki, emosional bağ tərəflərin bir-birinə bağlanmasında çox böyük rol oynayır. Belə ki, dünənə qədər tərəflər boş vaxtları olan kimi bir-biriləri ilə söhbət edirdilər. İndi isə bu amil aradan qalxıb. Tərəflər bir yerdə olmalarına rəğmən, sosial şəbəkələrə qoşulmağı bir-biriləri ilə ünsiyyət qurmaqdan üstün tuturlar. Nəticədə də bir insanın varlığı ilə yoxluğu hiss olunmur. Hazırda bu işi sürətləndirən amillərdən biri də mobil telefonların danışıq vasitəsi olmaqdan daha çox, sosial şəbəkə cihazına çevrilməsidir. Misal üçün, əvvəllər kişi evə gec gələndə qadının gözü qapıda qalırdısa, indi onun gecikməsi əksər hallarda qadının ürəyincədir. O, telefonu ilə sosial şəbəkələrdə rəfiqələri, qohumları və s. ilə yazışır. Beləliklə də, həmin boşluq başqa formada dolmağa başlayır. “Tərəflər onsuz da yaşaya bilirəm” deyə fikirləşirlər. Nəticədə də problem yaşandığı təqdirdə, çox rahat şəkildə ayrılmağa qərar verirlər”.
“Boşananların 70%-inin ailəsi sosial şəbəkələr ucbatından dağılıb”

“Sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vurdular”, - deyən E. Rüstəmov bunları söylədi: “İnsanlarımız ifrat dərəcədə sosial şəbəkələrə meyilləniblər. Mənə müraciət edənlərə əsasən statistik təhlil aparası olsaq, görərik ki, bu gün boşananların 70%-nin ailəsi sosial şəbəkələr ucbatından dağılıb. Bütün bu və ya digər səbəblərə görə boşanma az qala bir normaya çevrilib. Hesab edirəm ki, bir müddətdən sonra vətəndaşlarımızın sosial şəbəkələrə marağı azalacaqdır. Çünki hər bir insanın doyum nöqtəsi var. Müşahidələr göstərir ki, son vaxtlar ölkəmizdə “Facebook” istifadəçilərinin sayı azalıb”.
“İnsanlarımız sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər”

Sosioloq Əhməd Qəşəmoğlu da bildirdi ki, sosial şəbəkələr ailələr üçün real təhlükəyə çevrilib: “Sosial şəbəkələr ilan zəhəri kimidir. Ondan doğru istifadə etdikdə, dərdlərə dərmandır, yanlış istifadə etdikdə isə öldürücü mayedir. İnsanlarımız sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər. Sosial şəbəkələr insanlara əlahiddə imkanlar verirlər. Ondan imtina etmək doğru deyil. Sadəcə olaraq, sosial şəbəkələr, onların faydaları, təhlükələri barədə ciddi maariflənmə işlərinin aparılmasına, izahatların verilməsinə ehtiyac var”. Müsahibimiz sosial şəbəkələrin nikahların pozulmasına təsirləri barədə bunları dedi: “Sosial şəbəkələr xəyanət riskini çoxaldır. Bundan başqa, sosial şəbəkələrə ifrat həvəs, tərəflərin bir-birinə marağının, qayğısının azalmasına gətirib çıxarır. Biz müəyyənləşdirmişdik ki, gənc analardan bəzilərinin başı sosial şəbəkələrə o qədər qarışır ki, yemək hazırlamağa, övladlarının dərsləri ilə maraqlanmağa vaxtları qalmır. Bu da ailədaxili ziddiyyətlərin başlanmasına təkan verir”.
Çox təhlükəli tendensiya...

“Sosial şəbəkələrdən istifadə edən adam gərək təcrübəli olsun”, - deyən Ə. Qəşəmoğlu fikirlərini belə əsaslandırdı: “Azərbaycanda işləməyən həyat yoldaşı üçün başını qatsın deyə evə internet çəkdirmək kimi çox təhlükəli tendensiya hökm sürür. Hansı ki, internetin təhlükələrindən, tələlərindən xəbəri olmayanlar çox rahat şəkildə hansısa mənfi maraqlar güdən cinayətkarların qurbanlarına çevrilə bilirlər”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri