Sosial şəbəkələrdə təhqir yağışı... Qadağa və cəzalar vəziyyəti dəyişəcək? | Icma.az
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna etdiyi dəyişikliklərə əsasən, sayt və sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai mənəviyyatı təhqir edən hərəkətlərin yayılması qadağan olunub.
Qanunda qeyd edilir ki, kütləvi şəkildə nümayiş etdirildiyi halda əxlaqsız ifadələrin səsləndirilməsi, bu cür məzmun təəssüratı yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi yolverilməz hesab ediləcək.Dəyişikliklərin əsas məqsədi onlayn məkanda etik davranış normalarının qorunması, cəmiyyətin mənəvi dəyərlərinin müdafiəsi və sosial şəbəkələrdə artan nalayiq məzmunun qarşısının alınmasıdır.
Yeni qaydalar gənclərin mənəvi mühitinin qorunmasına və internet resurslarında sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm fərdi istifadəçilər, həm də informasiya yayımı ilə məşğul olan platformaların məsuliyyət yükünü artırır.Milli Məclisin deputatı Zahid Oruc mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər cəmiyyət tərəfindən dəstəklənir və həqiqətən də məqsədinə görə milli maraqları, təhlükəsizliyi qoruyan bir akt kimi çıxış edir:“Qanunda ilk növbədə yayılması qadağan edilən və ya məhdudlaşdırılan məlumatların siyahısından bəhs olunur.
Bura qeyri-əxlaqi ifadələr, bu tip açıqlamalar və yayımlar, eləcə də insan bədəninin müəyyən hissələrinin nümayişi və s. daxildir.
Qanunun tətbiqi ilə bağlımüvafiq icra hakimiyyəti orqanlarının üzərinə konkret vəzifələr qoyulur, həmçinin sanksiya mexanizmləri də müəyyən edilir: 500 manatdan 1000 manatadək inzibati cərimələr, o cümlədən 15 sutkayadək inzibati həbs cəzaları həm fiziki, həm də hüquqi şəxslər üçün məsuliyyət forması kimi nəzərdə tutulur”.Deputatın sözlərinə görə, burada bir neçə mühüm məqam nəzərə alınmalıdır: “Cənab Prezident 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Qərb və Şərq dəyərləri, eləcə də Azərbaycana kənardan idxal olunan hansısa yad ideologiyalar, xüsusilə də ailə institutuna və milli dəyərlərimizə edilən təzyiqlər barədə geniş danışmışdı.
Bir daha vurğulayaq ki, prezidentimiz tərəfindən “ailə - kiçik dövlət, dövlət - böyük ailədir” formulu ilə dəfələrlə açıqlamalar səsləndirilib.
Burada məsələ təkcə yaponlar kimi mühafizəkar olmaq deyil. Söhbət xalqı xalq edən, onu yaşadan, digər xalqlardan fərqləndirən milli kimlikdə
Tam oxu
Xəbəri oxu