Icma.az
close
up
RU
Sosial şəbəkələrdə təhqir yağışı... Qadağa və cəzalar vəziyyəti dəyişəcək?

Sosial şəbəkələrdə təhqir yağışı... Qadağa və cəzalar vəziyyəti dəyişəcək?

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna etdiyi dəyişikliklərə əsasən, sayt və sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai mənəviyyatı təhqir edən hərəkətlərin yayılması qadağan olunub. Qanunda qeyd edilir ki, kütləvi şəkildə nümayiş etdirildiyi halda əxlaqsız ifadələrin səsləndirilməsi, bu cür məzmun təəssüratı yaradan jestlərin edilməsi, eləcə də bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi yolverilməz hesab ediləcək.


Dəyişikliklərin əsas məqsədi onlayn məkanda etik davranış normalarının qorunması, cəmiyyətin mənəvi dəyərlərinin müdafiəsi və sosial şəbəkələrdə artan nalayiq məzmunun qarşısının alınmasıdır. Yeni qaydalar gənclərin mənəvi mühitinin qorunmasına və internet resurslarında sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət etməklə yanaşı, həm fərdi istifadəçilər, həm də informasiya yayımı ilə məşğul olan platformaların məsuliyyət yükünü artırır.

Milli Məclisin deputatı Zahid Oruc mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər cəmiyyət tərəfindən dəstəklənir və həqiqətən də məqsədinə görə milli maraqları, təhlükəsizliyi qoruyan bir akt kimi çıxış edir:


“Qanunda ilk növbədə yayılması qadağan edilən və ya məhdudlaşdırılan məlumatların siyahısından bəhs olunur. Bura qeyri-əxlaqi ifadələr, bu tip açıqlamalar və yayımlar, eləcə də insan bədəninin müəyyən hissələrinin nümayişi və s. daxildir. Qanunun tətbiqi ilə bağlımüvafiq icra hakimiyyəti orqanlarının üzərinə konkret vəzifələr qoyulur, həmçinin sanksiya mexanizmləri də müəyyən edilir: 500 manatdan 1000 manatadək inzibati cərimələr, o cümlədən 15 sutkayadək inzibati həbs cəzaları həm fiziki, həm də hüquqi şəxslər üçün məsuliyyət forması kimi nəzərdə tutulur”.

Deputatın sözlərinə görə, burada bir neçə mühüm məqam nəzərə alınmalıdır:

“Cənab Prezident 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Qərb və Şərq dəyərləri, eləcə də Azərbaycana kənardan idxal olunan hansısa yad ideologiyalar, xüsusilə də ailə institutuna və milli dəyərlərimizə edilən təzyiqlər barədə geniş danışmışdı. Bir daha vurğulayaq ki, prezidentimiz tərəfindən “ailə - kiçik dövlət, dövlət - böyük ailədir” formulu ilə dəfələrlə açıqlamalar səsləndirilib. Burada məsələ təkcə yaponlar kimi mühafizəkar olmaq deyil. Söhbət xalqı xalq edən, onu yaşadan, digər xalqlardan fərqləndirən milli kimlikdən, ənənələrdən və xüsusiyyətlərdən gedir. Bunlar kimlərəsə arxaik görünə bilər, lakin istər bloqer, istər rəsmi kontent istehsal edən sayt, istər televiziya, istərsə də sosial şəbəkə və ya yutub kanalları olsunş fərq etməz, ictimaiyyətə açıq fəaliyyət göstərən hər kəs məsuliyyət daşıyır.

Bu gün kommunikasiya sistemləri hədsiz rəngarəngdir və artıq “nə mediaya aiddir, nə deyil” sualı belə qlobal müstəvidə mübahisə doğurur. Amma kimsə öz fərdi davranışlarını ictimailəşdirirsə, bu, artıq məsuliyyət tələb edir. Həmin şəxs müəyyən əxlaqi prinsipləri gözləməlidir”.

Z.Oruc qeyd edib ki, əgər qeyri-əxlaqi davranış, məzmun və paylaşımlar açıq şəkildə yayılır və zamanla normallaşdırılırsa, bu, milləti ayaqda saxlayan dəyərlər sisteminin aşınmasına gətirib çıxarır:

“Biz daim deyirik ki, müharibələr artıq təkcə cəbhədə aparılmır. Müasir dövrdə “yumşaq güc”, hibrid müharibələr ön plana çıxıb. Bu səbəbdən xarici, xüsusilə də Qərb dəyərlərinin idxalı fonunda biz bu cür tendensiyaları görməkdəyik. Nə üçün Donald Tramp hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra “yalnız iki cins var” formulu üzərində dayandı? Halbuki ABŞ öz iqtisadi, siyasi uğurlarına və hərbi gücünə görə dünyada aparıcı dövlət hesab olunur. Buna baxmayaraq, yalnız iki cinsi qəbul edir. Qalan hallar isə ya tibbi məsələ kimi dəyərləndirilir, ya da fərdi seçim hesab olunur. Bu insanların hüquqları tanınır, lakin bunun təbliği, cəmiyyətə norma kimi təqdim olunması, siyasi alətə çevrilməsi, sosial şəbəkələrdə, xüsusilə də Yutub kimi platformalarda geniş şəkildə təşviq edilməsi artıq müəyyən normalarla tənzimlənir.

Eyni zamanda Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, onun dövründə formalaşan gənc nəsil savaşı aparan nəsildir və biz müharibəni həmin nəsillə qazandıq. Bu isə onu göstərir ki, bu dəyərlər amorf məfhum deyil, onun gerçək əsasları var. Bu dəyərlərin əsasında isə ilk növbədə ailə institutu, əxlaqi prinsiplər dayanır.

Bu gün həm televiziya kanallarında, həm də Yutub platformasında belə məzmunları geniş şəkildə görməkdəyik. Həqiqətən də o cür paylaşımlar və yayımlar var. Hesab edirik ki, qanunun Prezident tərəfindən imzalanması bu sahədə məsuliyyət tədbirlərinin həyata keçirilməsinə imkan yaradacaq”.

Zahid Oruc vurğulayıb ki, ictimai mənəviyyat məsələsi qanunvericilikdə müəyyənləşib, onun anlayışı verilib:

"Amma sual yaranır, milli-mənəvi dəyər anlayışı nədir, bu dəyərləri kim və necə müəyyənləşdirəcək? Çünki reallıq ondan ibarətdir ki, yüz il əvvəl , məsələn, Cəlil Məmmədquluzadənin tənqid etdiyi yanaşmalar da dəyər kimi görünə bilər. O dövrdə qadının ailədəki mövqeyi, hüquqları, cəmiyyətdəki rolu tamam fərqli idi. Lakin müasir, dünyəvi Azərbaycan dövləti üçün bu yanaşmalar qəbuledilməzdir və onları bugünkü hüquqi sistemə daşımaq mümkün deyil. Bu baxımdan məhkəmə orqanlarına müəyyən səlahiyyətlərin verilməsi, məhkəmə praktikasının formalaşdırılması mühüm rol oynayır”.

Deputatın sözlərinə görə, bəzi şəxslər bu addımın söz və mətbuat azadlığına qarşı bir fəaliyyətə çevriləcəyini düşünür, lakin qanunun əsas məqsədi xalqımızın milli dəyərlərinin qorunmasıdır:

“Beynəlxalq təcrübəyə baxsaq, bunu açıq şəkildə görərik. Almaniya, Fransa kimi ölkələrdə bu sahədə hüquqi mexanizmlər mövcuddur. Məsələn, Almaniya kansleri Merts 5 min dəfə bu tip təhqiramiz hərəkətlər və fəalliyyətlərə görə məhkəməyə müraciət edib. Fransada isə Makron və ailəsi ilə bağlı yayılan dezinformasiyalarla əlaqədar məhkəmə iddiaları qaldırılıb və həmin işlər üzrə 3-5 min avro məbləğində cərimələr, eləcə də cinayət məsuliyyəti tədbirləri tətbiq olunub. Yəni Qərb ölkələrində də bu cür fəaliyyətlər nəinki inzibati, hətta cinayət məsuliyyəti yaradır. Bu artıq cəmiyyət üçün sensuzara deyil, normal kimi qəbul edilən bir yanaşmadır. Biz isə Şərq cəmiyyətindən danışırıq. Ona görə də hazırkı qanunun əsas məqsədi xalqımızın dəyərlərini, milli kimliyini, mənəvi əsaslarını qorumaqdır. Açıq deyim ki, son günlər mediada, sosial platformalarda bu məsələ ilə bağlı aparılan müzakirələr, şərhlər və təhlillər də göstərdi ki, cəmiyyətdə əksəriyyəti bu qanunun qəbulunu dəstəkləyir və onu zəruri hesab edir”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli də hesab edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilən yeni maddə müasir dövrdə informasiya məkanında yaranmış real təhlükələrə hüquqi cavab vermək məqsədi daşıyır və obyektiv zərurətdən irəli gəlir:


“Təəssüf ki, bu gün informasiya mühiti təkcə xəbər və bilik mübadiləsi platforması deyil, bəlkə də daha çox ictimai davranışlara, mənəvi dəyərlərə və xüsusilə gənc nəslin dünyagörüşünə birbaşa və neqativ təsir göstərən sosial təhlükə mexanizminə çevrilib. Sosial şəbəkələr və rəqəmsal platformalar üzərindən yayılan bəzi məzmunlar açıq şəkildə ictimai mənəviyyəti təhqir edir, cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirir, əxlaq normalarını aşındırır. Bu, bəzən məqsədyönlü şəkildə, kütləvi və nümayişkaranə formada həyata keçirilir.

Hələ ötən əsrin əvvəllərində alman filosofu və kultroloqu Osvald Şpenqler özünün məşhur “Avropanın qürubu” əsərində yazırdı ki, müəyyən dövrdən sonra bir neçə böyuk qəzet digərlərinin informasiya siyasətini müəyyənləşdirəcək və informasiya məkanına hakim olmaqla xalqların iradəsini idarə edəcək. Təbii ki, Osvald Şpenqlerin zamanında yalnız çap mediası mövcud idi və alman filosofu elektron medianın, sosial şəbəkələrin nəhayətsiz təsir imkanlarını proqnozlaşdıra bilməzdi. Amma “Avropanın qürubu” əsərində yer alan bu fikirləri medianın geosiyasi rolu müstəvisindən dəyərləndirsək, onun heç də yeni, yaxud gənc geosiyasi alət olmadığını deyə bilərik.

İnformasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə geosiyasətin ənənəvi istiqamətlərinə də korrektələr olunur. İndi geosiyasətin müzakirə predmetləri təkcə dövlət, onun hərbi-siyasi və iqtisadi potensialından ibarət deyil. Hibrid informasiya müharibələrinin hədəfləri maddi dəyərlər, iqtisadi potensial və siyasi sabitliklə yekinlaşmır. Bütün bu amilləri, xüsusilə də xalqın və onun yaratdığı dövlətin mövcudluğunu, inkişafını, özünümüdafiə imkanlarını təmin edən mənəvi faktorlar – milli təssübkeşlik, qürur, ləyaqət, dil, milli mədəniyyət də qlobal və virtual şahmat taxtasının üzərinə yatırılır”.

Deputatın sözlərinə görə, sosial şəbəkələrin heç bir hüquqi və sosial məsuliyyətin olmadığı bir məkana çevrilməsi informasiya sahəsində milli və qlobal təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu sahədə rəqabət mühitinin də kobud şəkildə pozulmasına, peşəkar və qanun qarşısında məsuliyyətli olan kütləvi informasiya vasitələrinin sıradan çıxmasına zəmin yaradır:

“Mövcud vəziyyət sosial şəbəkələr barədə universal normativ standartların yaradılmasını zəruri edir. Çünki indiki halda bu şəbəkələr feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

Ona görə də həmvətənlərimizin mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğuna qətiyyən şübhə etmirəm. Bu həm milli, həm də qlobal sosial çağırışdır. Bu baxımdan, qanuna edilən əlavənin cənab Prezidentin Sərəncamı ilə qüvvəyə minməsi və yeni əlavədə yer alan tənzimləmələrin həm də sosial çağırış olduğunu düşünürəm”.

E.Mirzəbəyli vurğulayıb ki, azadlıq anlayışı məsuliyyət anlayışından ayrı mövcud ola bilməz:

“ İctimai məkanda davranış qaydaları olduğu kimi, rəqəmsal məkanda da ictimai və mənəvi sərhədlər olmalıdır. Hüquq bu sərhədləri cəza vermək üçün yox, cəmiyyəti qorumaq və sağlam mühit formalaşdırmaq üçün müəyyən edir.

Bu gün dünyanın bir çox ölkələrində sosial şəbəkələr sahəsində hüquqi tənzimləmə mexanizmləri gücləndirilir. Məsələn, Avstraliyada 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qanunvericilik səviyyəsində tam məhdudlaşdırılıb. Bu qərar uşaqların psixoloji təhlükəsizliyinin və rəqəmsal mühitdə qorunmasının təmin edilməsi məqsədi daşıyır. Düşünürəm ki, ölkə qanunvericiliyində bu kimi məqamların da nəzərə alınması zəriridir.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən əlavə istisnasız olaraq, cəmiyyətimimizin mənəvi dayaqlarının qorumasına, informasiya məkanında məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasına xidmət edir”.

Mövzu ilə bağlı Bakupost.az -a danışan tanınmış jurnalist, sosial media mütəxəssisi İntiqam Valehoğlu bildirib ki, bu qərar, heç şübhəsiz ki, vaxtında verilib:


“Çünki son illərdə cəmiyyət olaraq sosial şəbəkələrdən doğru istifadə etmirdik. Bu fikir təxminən 70-80 faiz sosial şəbəkə istifadəçilərinə aiddir. Ən təəssüf doğuran məqam isə bəzi tanınmış simaların sosial mediada qeyri-etik çıxışlar etməsi, canlı yayımlarda təhqiramiz ifadələrə yol verməsi idi. Məsələn, gündüz cəmiyyətə əxlaq dərsi keçən biri, axşam saatlarında açdığı canlı yayımda izləyicilərini təhqir edirdi. Bura aparıcılar, müğənnilər də aiddir. O baxımdan hesab edirəm ki, bu dəyişiklik çox faydalıdır və bir çox sosial şəbəkə fenomenlərini, aparıcıları, sənət adamlarını özlərini daha yaxşı aparmağa məcbur edəcək. Həm də bu qanundan sonra bəzi "fenomenlər" də yoxa çıxacaq. Çünki onları cəmiyyətə tanıdan məhz söyüşlü çıxışları idi”.

Lalə,

BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Yanvar 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri