Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birlyi “Qərbi Azərbaycana Qayıdış
SİA xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən ekspertlərin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük verilməsi məqsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.
Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri, hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş müzakirələr aparılmışdır.
Ekspert görüşündə Qarabağ İKTG İB-nin rəhbəri, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev önəmli təkliflərlə çıxış etmişdir.
O həmçinin Qərbi Azərbaycana Qayıdış könüllülər hərəkatının yaradılması və gənclərin bu proseslərə cəlb olunmasını təklif etmişdir.
Tədbir zamanı tanınmış Vətəndaş Cəmiyyəti təmsilçiləri bu istiqamətdə çıxışlar etmiş və təkliflər səsləndirmişdirlər.
Qərbi Azərbaycan İcması İdarə heyyətinin üzvü Rauf Zeyni bu sahədə fəaliyyət göstərən ekspertlərdən ibarət koalisiyanın yaradılmasını, proseslərin icrasında vətəndaş cəmiyyətinin iştirakını vacib hesab etmişdir.