Icma.az
close
up
RU
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi növbəti ekspert görüşünü icra edib FOTOLAR

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi növbəti ekspert görüşünü icra edib FOTOLAR

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birlyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində növbəti ekspert görüşü fəaliyyətini icra edib. SİA xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.

Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən ekspertlərin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük verilməsi məqsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.

Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri, hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş müzakirələr aparılmışdır.

Ekspert görüşündə Qarabağ İKTG İB-nin rəhbəri, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev önəmli təkliflərlə çıxış etmişdir. O həmçinin Qərbi Azərbaycana Qayıdış könüllülər hərəkatının yaradılması və gənclərin bu proseslərə cəlb olunmasını təklif etmişdir.

Tədbir zamanı tanınmış Vətəndaş Cəmiyyəti təmsilçiləri bu istiqamətdə çıxışlar etmiş və təkliflər səsləndirmişdirlər. Qərbi Azərbaycan İcması İdarə heyyətinin üzvü Rauf Zeyni bu sahədə fəaliyyət göstərən ekspertlərdən ibarət koalisiyanın yaradılmasını, proseslərin icrasında vətəndaş cəmiyyətinin iştirakını vacib hesab etmişdir.

İradə Rzazadə beynəlxalq təqdimatlarda müxtəlif xalqların icma üzvlərinin iştirakını, Qərbi Azərbaycanlıların əmlaklarını dəyərləndirilməsi məqsədilə prokurorluq orqanlarında aktiv şəkildə ifadələrdə iştiraka təşviq etməyi təklif etmişdir.

Ekspert görüşündə Vüsalə Hüseynli, Əhməd Abbasbəyli, İsgəndər Sərdarlı, Lalə Sərdarlı, Mahirə Əmirhüseynli, Xatirə Vəliyeva, beynəlxalq münasibətlər sahəsində ekspert Fərhad Qəşəmli, Ziya Quliyev və digər ekspertlər tərəfindən çıxışlar edilmış və təkliflər səsləndirilmişdir.

Görüşdə QHT, Qərbi Azərbaycan İcması və dövlət orqanları arasında əməkdaşlıqların dərinləşdiririlməsi, Beynəlxalq sahədə təbliğat və təşviqat işlərinin gücləndirilməsi, gənclər, orta məktəb şagirdləri arasında Qərbi Azərbaycanda ata-baba torpaqların olması və onların adlarının, mədəni irsinin, milli ənənələrinin qorunması istiqamətdə geniş işlərin aparılması təklif edilmişdir.

Tədbirə MQHT Forumunun rəhbəri Ramil İsgəndərli və Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və ABŞ-ın Sülhün Kökləri Təkilatının icraçı direktoru Tacker Khun qonaq qismində qatılmışlar. Qərbi Azərbaycanadan deportasiya və bu istiqamətdə Azərbaycan QHT-lərinin fəaliyyəti qonağa çatdırılmışdır. Bu da Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ABŞ auditoriyasına çatdırılmasında öz tövhəsini vermiş olacaqdır.

Layihə çərçivəsində növbəti fəaliyyətlər Qərbi Azərbaycan İcmasında görüş və Belarus Respublikasının paytaxtı Minsk şəhərində beynəlxalq konfransla davam edəcəkdir. Beynəlxalq konfransda beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə təqdim edəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 May 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see205

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see191

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see188

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see184

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see160

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see145

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see138

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see137

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri