Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan uzun illərdir əmlak sənədi (“kupça”) olmayan evlər ölkəsi kimi tanınır. Ölkədə yarım milyon ev sənədsizdir.
Hər ailədə 4 nəfərin olduğunu nəzərə alsaq, 2 milyon nəfər Azərbaycan vətəndaşı bu gün sənədsiz evlərdə yaşayır.
Onlar üçün dövlətin dili ilə desək, hüquqmüəyyənedici sənəd, el dili ilə desək, “kupça” hər zaman bir əlçatmaz arzu olub.
Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev 2011-ci ildə ilk dəfə olaraq sənədsiz evlərin leqallaşdırılması ilə bağlı fərman imzalamışdı.
Ardınca 2016, 2019 və 2022-ci illərdə məsələyə mərhələli şəkildə qayıdılmışdı.
Lakin bu qərarların heç biri genişmiqyaslı amnistiya xarakterli olmadı.
Verilən fərman və sərəncamlar sənədli və ya yarımsənədli evlərin qeydiyyata alınmasına imkan verirdi.