Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Sovet dövrünün torpaqlarına əmlak sənədi veriləcək bələdiyyə kağızı olanlar hələ gözləsin!

Sovet dövrünün torpaqlarına əmlak sənədi veriləcək bələdiyyə kağızı olanlar hələ gözləsin!

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan uzun illərdir əmlak sənədi (“kupça”) olmayan evlər ölkəsi kimi tanınır. Ölkədə yarım milyon ev sənədsizdir. Hər ailədə 4 nəfərin olduğunu nəzərə alsaq, 2 milyon nəfər Azərbaycan vətəndaşı bu gün sənədsiz evlərdə yaşayır.   Onlar üçün dövlətin dili ilə desək, hüquqmüəyyənedici sənəd, el dili ilə desək, “kupça” hər zaman bir əlçatmaz arzu olub.

Hurriyyet.az xəbər verir ki, Prezident İlham Əliyev 2011-ci ildə ilk dəfə olaraq sənədsiz evlərin leqallaşdırılması ilə bağlı fərman imzalamışdı. Ardınca 2016, 2019 və 2022-ci illərdə məsələyə mərhələli şəkildə qayıdılmışdı. Lakin bu qərarların heç biri genişmiqyaslı amnistiya xarakterli olmadı. Verilən fərman və sərəncamlar sənədli və ya yarımsənədli evlərin qeydiyyata alınmasına imkan verirdi. Tamamilə sənədsiz, yəni sovet dövründə, sadəcə, faktiki istifadə olunan, lakin hüquqi əsası qeydə alınmayan evlər bu proqramlardan kənarda qalırdı.

Prezidentin bu günlərdə imzaladığı yeni fərmanla ilk dəfə olaraq sovet dövründə istifadə hüququ verilmiş, lakin sonradan hüquqi taleyi havada qalmış torpaq sahələrinə çıxarış veriləcək. Fərman rəsmi adı ilə belə səslənir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış obyektlər üzrə hüquqları təsdiq edən sənədlərin siyahısı barədə fərmanda dəyişikliklər.

Bu dəyişikliklərə əsasən:

Sovet dövründə Xalq Deputatları Soveti tərəfindən verilmiş qərarlarla torpaq sahəsi verilmiş şəxslərin hüququ qanunla tanınacaq;

belə torpaqlarda 35-40 il əvvəl tikilmiş evlərə çıxarış veriləcək, əgər torpaq sahəsi 2001-ci ildən əvvəl istifadədə olubsa və ilkin sənədlər varsa;

əgər müqavilə ilə sənədlərdə göstərilən göstərici (məsələn, mənzilin ölçüsü) faktiki vəziyyətdən fərqlidirsə, faktiki istifadə olunan ölçü əsas götürüləcək;

bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçiriləcək.

Yeni fərman kimlərə aid edilmir?

Ən kritik məqam budur: bu amnistiya yalnız sovet dövründən gələn sənədlərə əsaslanan evlərə şamil olunur. Yəni 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən, sadəcə, kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalır. Bu da o deməkdir ki, Abşeron yarımadasında olan təqribən 500 min sənədsiz evdən böyük bir hissə hələ də hüquqi qeydiyyatdan kənardadır. Lakin ekspertlərin fikrincə, bu fərman ən azı 150-200 min ailənin problemini həll edə bilər. Bu isə ciddi rəqəmdir.

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, kupçasız evlər probleminin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir: “İnsanlar 30-40 il əvvəl tikilmiş evlərdə yaşayır, kommunal xidmətlər alır, amma kağızda heç nə yoxdur. Dövlət indi deyir ki, sən faktiki yaşayır, vergi verir, evini qoruyursansa, biz də sənin haqqını tanıyırıq. Ümid edirik ki, bu fərman bir başlanğıcdır. Problemin tam köklü həlli üçün də müvafiq addımlar atılacaq. Fərmana dəyişikliklər kupça probleminin ən köklü qatına - sovet dövründən qalma və sənədsiz olan evlərə toxunması ilə fərqlənir. Fərmana dəyişiklik sənədsiz evlərə amnistiya ideyasının nəhayət reallaşmasına zəmin yaradır”.

Natiq Ələsgərov 

Natiq Ələsgərov deyib ki, yeni dəyişikliklərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna aşağıdakılar əlavə olunub: "Sovet dövründə verilmiş torpaq sahələri, faktiki istifadədə olan və ilkin sənədləri (məsələn, sovet dövrü sərəncamları, şəhadətnamə və s.) olan hər bir torpaq üçün mülkiyyət hüququ tanınacaq. Bu tip sahələr 2001-ci ildən əvvəl vətəndaşların istifadəsində olubsa, ilkin sənədlərə əsasən “kupça” (çıxarış) veriləcək.

Bu yeni hüquq yalnız keçmiş sovet vaxtı sənədləri olan torpaqlara şamil edilir. Bəyan olunan məqsəd 35-40 ildir faktiki məskunlaşılmış, lakin rəsmi qeydiyyata alınmamış torpaqların dövlət qeydiyyatını həyata keçirməkdir.

Əvvəlki qanun və fərmanlarda qeydiyyatsız torpaqların dövlət qeydiyyatı yalnız çox məhdud şərtlərlə mümkündür. Əsasən rəsmi sərəncam əsasında təyinat dəyişdirilməyi və ya uzun illər ərzində istifadə olunması ilə bağlı arayışlara əsaslanırdı.  Bu gün sovet vaxtından gəlmiş sənəd varsa, proses başlanıb. Əgər ilkin sənəd yoxdursa, yeni dəyişikliklər sizin mülkünüzə şamil olunmur. Bu dəyişiklik yenidir, əvvəlki qanun və sərəncamlarla eyni deyil. Yəni sovet dövrü sənədlərə əsaslanan genişmiqyaslı amnistiya mahiyyətindədir. Sovet dövrü sənədləri olan vətəndaşlar üçün kupça alma şərti belədir: Müvafiq sənəd + faktiki istifadə + ASAN/Əmlak Xidmətinə müraciət. Əgər siz sovet zamanından istifadə olunan torpaqla bağlı faktiki əsaslara sahibsinizsə, hazırda kupça almaq üçün imkan yaranıb".

“Bəs torpaqlarının heç bir sənədi olmayan vətəndaşların kupça probleminin həlli üçün hansı addımlar atılımalıdır” sualına Natiq Ələsgərov belə cavab verib: “Rəsmi mövqeyə görə, yalnız sovet dövrünə aid sənədləri olanlar bu prosesdən yararlana biləcək. Yəni bələdiyyədən arayış alan, ya ümumiyyətlə, heç bir sənədi olmayan yüz minlərlə ailə hələ də eyni dərdə düçar qalacaq. Bu o deməkdir ki, "amnistiya" hələ bütün xalqı əhatə etmir. Bu, birinci mərhələdir. Amma bu mərhələ o qədər vacibdir ki, gələcək mərhələlərin yolunu aça bilər".

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri