Icma.az, News24 saytına istinadən bildirir. Azərbaycan uzun illərdir “kupça”sız evlər ölkəsi kimi tanınır.
Ölkədə yarım milyon ev sənədsizdir. Hər ailədə 4 nəfərin olduğunu nəzərə alsaq, 2 milyon nəfər Azərbaycan vətəndaşı bu gün sənədsiz evlərdə
Onlar üçün dövlətin dili ilə desək, hüquqmüəyyənedici sənəd, xalqın dili ilə desək, "kupça" hər zaman bir əlçatmaz arzu olub.News24.az musav
Lakin bu qərarların heç biri genişmiqyaslı amnistiya xarakterli olmadı.
Verilən fərman və sərəncamlar sənədli və ya yarımsənədli evlərin qeydiyyata alınmasına imkan verirdi.
Tamamilə sənədsiz, yəni sovet dövründə sadəcə faktiki istifadə olunan, lakin hüquqi əsası qeydə alınmayan evlər bu proqramlardan kənarda qalırdı.Prezidentin bu günlərdə imzaladığı yeni fərmanla ilk dəfə olaraq sovet dövründə istifadə hüququ verilmiş, lakin sonradan hüquqi taleyi havada qalmış torpaq sahələrinə çıxarış veriləcək.
Fərman rəsmi adı ilə belə səslənir:“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış obyektlər üzrə hüquqları təsdiq edən sənədlərin Siyahısı barədə fərmanda dəyişikliklər.Bu dəyişikliklərə əsasən:Sovet dövründə Xalq Deputatları Soveti tərəfindən verilmiş qərarlarla torpaq sahəsi verilmiş şəxslərin hüququ qanunla tanınacaq;Belə torpaqlarda 35-40 il əvvəl tikilmiş evlərə çıxarış veriləcək, əgər torpaq sahəsi 2001-ci ildən əvvəl istifadədə olubsa və ilkin sənədlər varsa;Əgər müqavilə ilə sənədlərdə göstərilən göstərici (məsələn, mənzilin ölçüsü) faktiki vəziyyətdən fərqlidirsə, faktiki istifadə olunan ölçü əsas götürüləcək;Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçiriləcək.Kimlərə aid edilmir?Ən kritik məqam budur: bu amnistiya yalnız sovet dövründən gələn sənədlərə əsaslanan evlərə şamil olunur.
Yəni 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən sadəcə kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalır.