Icma.az
close
up
RU
Sovet dövrünün torpaqlarına “kupça” veriləcək

Sovet dövrünün torpaqlarına “kupça” veriləcək

Icma.az, News24 saytına istinadən bildirir.

Azərbaycan uzun illərdir “kupça”sız evlər ölkəsi kimi tanınır. Ölkədə yarım milyon ev sənədsizdir. Hər ailədə 4 nəfərin olduğunu nəzərə alsaq, 2 milyon nəfər Azərbaycan vətəndaşı bu gün sənədsiz evlərdə yaşayır. Onlar üçün dövlətin dili ilə desək, hüquqmüəyyənedici sənəd, xalqın dili ilə desək, "kupça" hər zaman bir əlçatmaz arzu olub.

News24.az musavat.com-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev 2011-ci ildə ilk dəfə olaraq sənədsiz evlərin leqallaşdırılması ilə bağlı fərman imzalamışdı.

Ardınca 2016, 2019 və 2022-ci illərdə məsələyə mərhələli şəkildə qayıdılmışdı. Lakin bu qərarların heç biri genişmiqyaslı amnistiya xarakterli olmadı. Verilən fərman və sərəncamlar sənədli və ya yarımsənədli evlərin qeydiyyata alınmasına imkan verirdi. Tamamilə sənədsiz, yəni sovet dövründə sadəcə faktiki istifadə olunan, lakin hüquqi əsası qeydə alınmayan evlər bu proqramlardan kənarda qalırdı.

Prezidentin bu günlərdə imzaladığı yeni fərmanla ilk dəfə olaraq sovet dövründə istifadə hüququ verilmiş, lakin sonradan hüquqi taleyi havada qalmış torpaq sahələrinə çıxarış veriləcək. Fərman rəsmi adı ilə belə səslənir:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış obyektlər üzrə hüquqları təsdiq edən sənədlərin Siyahısı barədə fərmanda dəyişikliklər.

Bu dəyişikliklərə əsasən:

Sovet dövründə Xalq Deputatları Soveti tərəfindən verilmiş qərarlarla torpaq sahəsi verilmiş şəxslərin hüququ qanunla tanınacaq;

Belə torpaqlarda 35-40 il əvvəl tikilmiş evlərə çıxarış veriləcək, əgər torpaq sahəsi 2001-ci ildən əvvəl istifadədə olubsa və ilkin sənədlər varsa;

Əgər müqavilə ilə sənədlərdə göstərilən göstərici (məsələn, mənzilin ölçüsü) faktiki vəziyyətdən fərqlidirsə, faktiki istifadə olunan ölçü əsas götürüləcək;

Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçiriləcək.

Kimlərə aid edilmir?

Ən kritik məqam budur: bu amnistiya yalnız sovet dövründən gələn sənədlərə əsaslanan evlərə şamil olunur. Yəni 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən sadəcə kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalır. Bu da o deməkdir ki, Abşeron yarımadasında olan təqribən 500 min sənədsiz evdən böyük bir hissə hələ də hüquqi qeydiyyatdan kənardadır. Lakin ekspertlərin fikrincə, bu fərman ən azı 150-200 min ailənin problemini həll edə bilər. Bu isə ciddi rəqəmdir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, kupçasız evlər probleminin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir:

“İnsanlar 30-40 il əvvəl tikilmiş evlərdə yaşayır, kommunal xidmətlər alır, amma kağızda heç nə yoxdur. Dövlət indi deyir ki, sən faktiki yaşayır, vergi verir, evini qoruyursansa, biz də sənin haqqını tanıyırıq. Ümid edirik ki, bu fərman bir başlanğıcdır. Problemin tam köklü həlli üçün də müvafiq addımlar atılacaq. Fərmana dəyişikliklər kupça probleminin ən köklü qatına - sovet dövründən qalma və sənədsiz olan evlərə toxunması ilə fərqlənir. Fərmana dəyişiklik sənədsiz evlərə amnistiya ideyasının nəhayət reallaşmasına zəmin yaradır”.

N.Ələsgərov bildirib ki, yeni dəyişikliklərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna aşağıdakılar əlavə olunub:

Sovet dövründə verilmiş torpaq sahələri, faktiki istifadədə olan və ilkin sənədləri (məsələn, sovet dövrü sərəncamları, şəhadətnamə və s.) olan hər bir torpaq üçün mülkiyyət hüququ tanınacaq. Bu tip sahələr 2001-ci ildən əvvəl vətəndaşların istifadəsində olubsa, ilkin sənədlərə əsasən “kupça” (çıxarış) veriləcək.

Bu yeni hüquq yalnız keçmiş sovet vaxtı sənədləri olan torpaqlara şamil edilir. Bəyan olunan məqsəd, 35–40 ildir faktiki məskunlaşılmış, lakin rəsmi qeydiyyata alınmamış torpaqların dövlət qeydiyyatını həyata keçirməkdir.

Əvvəlki vəziyyət nə idi?

Əvvəlki qanun və fərmanlarda qeydiyyatsız torpaqların dövlət qeydiyyatı yalnız çox məhdud şərtlərlə mümkündür. Əsasən rəsmi sərəncam əsasında təyinat dəyişdirilməyi və ya uzun illər ərzində istifadə olunması ilə bağlı arayışlara əsaslanırdı. Bu gün sovet vaxtından gəlmiş sənəd varsa, proses başlanıb. Əgər ilkin sənəd yoxdursa, yeni dəyişikliklər sizin mülkünüzə şamil olunmur. Bu dəyişiklik yenidir, əvvəlki qanun və sərəncamlarla eyni deyil. Yəni sovet dövrü sənədlərə əsaslanan geniş miqyaslı amnistiya mahiyyətindədir. Sovet dövrü sənədləri olan vətəndaşlar üçün kupça alma şərti belədir: Müvafiq sənəd + faktiki istifadə + ASAN/Əmlak Xidmətinə müraciət. Əgər siz sovet zamanından istifadə olunan torpaqla bağlı faktiki əsaslara sahibsinizsə, hazırda kupça almaq üçün imkan yaranıb”.

“Bəs torpaqlarının heç bir sənədi olmayan vətəndaşların kupça probleminin həlli üçün hansı addımlar atılımalıdır” sualına Natiq Ələsgərov belə cavab verib:

“Rəsmi mövqeyə görə, yalnız sovet dövrünə aid sənədləri olanlar bu prosesdən yararlana biləcək. Yəni, bələdiyyədən arayış alan, ya ümumiyyətlə heç bir sənədi olmayan yüz minlərlə ailə hələ də eyni dərdə düçar qalacaq. Bu o deməkdir ki, "amnistiya" hələ bütün xalqı əhatə etmir. Bu, birinci mərhələdir. Amma bu mərhələ o qədər vacibdir ki, gələcək mərhələlərin yolunu aça bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 İyul 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri