Soyan Əhməd, soyulan Məmməd Bankın nə vecinə! | Icma.az
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Artan kiber fırıldaqçılıq və aşağı bank təhlükəsizliyi: getdikcə daha çox vətəndaş nağd pulu seçir Nağdsız ödənişlər vergi ödənişlərində şəffaflığın təmin edilməsinin və maliyyə institutlarının sabitliyinin möhkəmləndirilməsinin mühüm tərkib hissələrindən biridir.
Belə görünür ki, pulun saxlanması və ödənilməsinin rahatlığı, əksər pərakəndə satış məntəqələrinin POS-terminallarla təchiz edilməsi və bank kartları ilə ödəniş zamanı ƏDV-nin daha yüksək faizlə qaytarılması əhalini nağdsız ödənişlərə həvəsləndirməlidir.
Amma bu sahədə problemlərin sayının artması getdikcə daha çox vətəndaşı öz hesablarından pullarını mümkün qədər tez çıxarmağa məcbur edir.
Və bütün bunlar ona görədir ki, əlindəki 5-10 manatının əlindən çıxmasını – oğurlanmasını istəmir.
“Kartla ödəniş nağd ödəmədən qat-qat rahatdır. Ancaq birincisi, hələ də onları qəbul etməyən çoxlu yerlər var.
İkincisi, son vaxtlar insanların hesablarından pulun yoxa çıxması ilə bağlı xəbərlər getdikcə artmaqdadır.
Ona görə də mən artıq kartda böyük məbləğ saxlamaq riskinə girmirəm: yalnız kommunal və xırda xərclərin ödənilməsinə sərf olunacaqları saxlayıram.
Tam oxu
Xəbəri oxu