Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Soyan Əhməd, soyulan Məmməd Bankın nə vecinə!

Soyan Əhməd, soyulan Məmməd Bankın nə vecinə!

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artan kiber fırıldaqçılıq və aşağı bank təhlükəsizliyi: getdikcə daha çox vətəndaş nağd pulu seçir

Nağdsız ödənişlər vergi ödənişlərində şəffaflığın təmin edilməsinin və maliyyə institutlarının sabitliyinin möhkəmləndirilməsinin mühüm tərkib hissələrindən biridir. Belə görünür ki, pulun saxlanması və ödənilməsinin rahatlığı, əksər pərakəndə satış məntəqələrinin POS-terminallarla təchiz edilməsi və bank kartları ilə ödəniş zamanı ƏDV-nin daha yüksək faizlə qaytarılması əhalini nağdsız ödənişlərə həvəsləndirməlidir.

Amma bu sahədə problemlərin sayının artması getdikcə daha çox vətəndaşı öz hesablarından pullarını mümkün qədər tez çıxarmağa məcbur edir. Və bütün bunlar ona görədir ki, əlindəki 5-10 manatının əlindən çıxmasını – oğurlanmasını istəmir.

“Kartla ödəniş nağd ödəmədən qat-qat rahatdır. Ancaq birincisi, hələ də onları qəbul etməyən çoxlu yerlər var. İkincisi, son vaxtlar insanların hesablarından pulun yoxa çıxması ilə bağlı xəbərlər getdikcə artmaqdadır. Ona görə də mən artıq kartda böyük məbləğ saxlamaq riskinə girmirəm: yalnız kommunal və xırda xərclərin ödənilməsinə sərf olunacaqları saxlayıram. Qalanını çıxarıram, bu, məni sakitləşdirir”, - deyə paytaxt sakini Tamilla Əliyeva AYNA-ya danışır.

Vətəndaşlar bank mobil əlavələrinin tez-tez işləməməsi, xidmət keyfiyyətinin aşağı düşməsi, həm kiçik, həm də böyük məbləğlərin silinməsi və sairdən şikayət edirlər. Əsas problemlərdən biri də kibercinayətkarlığın fəallaşmasıdır.

Daxili İşlər Nazirliyinin (DİN) statistik məlumatlarına görə, 2024-cü ildə xarici kiber müdaxilələr nəticəsində 16 804 dələduzluq faktı qeydə alınıb, vətəndaşların bank kartlarından 22,4 milyon manatdan çox pul oğurlanıb. Saxta keçidlər, alış-veriş saytlarında reklamlar, mobil telefonlara kiber müdaxilələr vasitəsilə külli miqdarda pul oğurlanıb.

Fırıldaqçılar özlərini tez-tez bank işçisi kimi təqdim edir və ya guya bankomatdan pul çıxarmağa kömək edir, beləliklə də onlara lazım olan məlumatları əldə edirlər. DİN-in məlumatına görə, hər bir hadisə ilə bağlı aparılan təhlil və araşdırmalar göstərir ki, kibercinayətlər fırıldaqçılar tərəfindən vətəndaşların bank kartlarından şəxsi məlumatların əldə edilməsi nəticəsində baş verib. Struktur əhalini ayıq-sayıq olmağa, tanış olmayan zənglərə cavab verməməyə, şübhəli keçidlərən daxil olmamağa çağırır. Bu arada, yuxarıda göstərilənlərin heç birini etmədiklərini və buna baxmayaraq fırıldaqçıların qurbanı olduqlarını iddia edənlər də az deyil.

İqtisadçı ekspert Rauf Qarayevin AYNA-ya dediyinə görə, öz “Facebook” səhifəsində vətəndaşların yerli banklara etibar edib-etməməsi ilə bağlı sorğu keçirib, nəticədə bir çox respondent mənfi cavab verib: “Banklara etibar edənlərin sayı azalmağa başlayıb. Bir çox insanlar ölkənin banklarına etibar etmir, daha doğrusu, onların lazımi səviyyədə təhlükəsizliyi təmin edə biləcəklərinə inanmırlar. Onların arasında banklarda işləyənlər var. Əksər bankların bununla bağlı ciddi problemləri var və söhbət təkcə kiçik banklardan deyil, həm də kapitalı bir milyard manatdan yuxarı olan iri banklardan gedir”.

“Sorğumuzda ən çox yayılmış ikinci narahatlıq bəzi bank işçilərinin müştəri məlumatlarını satması ilə bağlı narahatlıq olub. Üçüncü yerdə bank rəhbərliyinə inamsızlıq gəlir. Kiber fırıldaqçılıq həqiqətən bir nömrəli təhlükədir. Cinayətkarlar getdikcə daha ixtiraçı olurlar, bilirlər ki, insanlar artıq köhnə hiylələrə qapılmırlar. Onlar süni intellektin imkanlarından getdikcə daha çox istifadə edir, real insanların səsini yamsılamaq üçün xüsusi proqramlardan istifadə edirlər”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, adətən hesablarından oğurluqlarda insanlar özləri günahkar olurlar: “Media daim xəbərdarlıq edir ki, üçüncü tərəflərin bağlantılarına getməməlisən, özlərini bank işçisi kimi təqdim edərək hesab məlumatlarını istəyənlərə etibar etməməlisən, lakin çoxları hələ də inanır. Bununla belə, bəzi bank müştəriləri əmindirlər ki, hesablarında olan vəsaitlər barədə kimsə fırıldaqçılara məlumat verir. Bəzən bank işçiləri məlumatları üçüncü şəxslərə verə bilər, ona görə də banklar daxilində təhlükəsizlik səviyyəsini artırmaq və mövcud zəiflikləri aradan qaldırmaq lazımdır”.

“Bütün yerli bankların təhlükəsizliklə bağlı problemləri var, çünki hətta müəyyən edilmiş ödəniş limiti və kartın bloklanması kömək etmir. İnkişaf etmiş ölkələrdə müştərinin təqsiri olmadan vəsait oğurlanıbsa, ona qaytarılır. Burada nadir hallarda belə olur”, - deyə Qarayev vurğulayıb.

Əlavə edib ki, Azərbaycan bankları, demək olar ki, heç vaxt günahını etiraf etmir: “Əksər hallarda baş verənlərə görə özlərindən başqa kimisə günahlandırırlar. 99% hallarda lazımi araşdırmalar aparılmır və bununla bağlı bank hər hansı sanksiyalardan, cərimələrdən, reytinqlərin aşağı salınmasından qorxmur. Ölkədə bu sistem inkişaf etməyib, buna görə də məsuliyyətsizlik yaranıb. Amma nəticədə banklar vətəndaşların etibarını itirir və onlar öz vəsaitlərini tez bir zamanda nağdlaşdırmağa çalışırlar. Müştərilər adekvat təhlükəsizliyin olmaması ilə yanaşı, kredit faizlərinin yüksək olmasından, keyfiyyətsiz xidmətdən, müştərilərə lazımi hörmətin olmamasından şikayətlənirlər. Problemlərdən biri də odur ki, bir çox bankların rəhbərləri professionallığına görə deyil, şəxsi əlaqələrə görə seçilirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see619

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see421

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see283

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see267

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see265

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see249

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see240

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see237

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see230

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see230

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see228

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see217

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see215

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see211

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see193

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see190

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see188

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see179

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri