Avtosfer saytına istinadən Icma.az xəbər verir. ABŞ-nin Kaliforniya ştatının Bay Area ərazisində yaşayan azərbaycanlılar 28 May – Müstəqilli
Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a bildirilib ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə
Günün ilk yarısı Azərbaycan bayraqları ilə bəzədilən avtomobil karvanı Kupertino və San Xose şəhərlərindən keçərək San Fransiskoya doğru hər
Karvan yüzlərlə yerli sakinin marağına səbəb olub. Yürüşdən sonra Azərbaycan icmasının iştirakı ilə şəbəkələşmə tədbiri baş tutub.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin Əməliyyatlar və tədbirlər üzrə katibi Nurlan Şükürlü bu cür tədbirlərin yeni gələn icma üzvləri ilə uzun müddət ABŞ-da yaşayan azərbaycanlılar arasında mühüm körpü rolu oynadığını qeyd edib.
O belə təşəbbüslərin ABŞ-da doğulan azərbaycanlı uşaqların öz köklərini unutmaması, milli kimliklərinə sahib çıxması və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbir iştirakçılarına Azərbaycanın ləziz təamları təqdim olunub. Uşaqlar isə müxtəlif əyləncəli oyunlarla xoş vaxt keçiriblər.
Soydaşımız müğənni Günay Sənanın və “Sound of Fire” (“Alov səsi”) nağara qrupunun ifasında səsləndirilən musiqilər böyük coşqu ilə qarşılanıb.