Icma.az
close
up
RU
Soydaşlarımız avtoyürüş keçiriblər FOTO

Soydaşlarımız avtoyürüş keçiriblər FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatının Bay Area ərazisində yaşayan azərbaycanlılar 28 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunan tədbirdə bir araya gəliblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a bildirilib ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə əvvəlcə avtomobillərin yürüşü, sonra şəbəkələşmə tədbiri keçirilib. Günün ilk yarısı Azərbaycan bayraqları ilə bəzədilən avtomobil karvanı Kupertino və San Xose şəhərlərindən keçərək San Fransiskoya doğru hərəkət edib. Karvan yüzlərlə yerli sakinin marağına səbəb olub. Yürüşdən sonra Azərbaycan icmasının iştirakı ilə şəbəkələşmə tədbiri baş tutub. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin Əməliyyatlar və tədbirlər üzrə katibi Nurlan Şükürlü bu cür tədbirlərin yeni gələn icma üzvləri ilə uzun müddət ABŞ-da yaşayan azərbaycanlılar arasında mühüm körpü rolu oynadığını qeyd edib. O belə təşəbbüslərin ABŞ-da doğulan azərbaycanlı uşaqların öz köklərini unutmaması, milli kimliklərinə sahib çıxması və Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədbir iştirakçılarına Azərbaycanın ləziz təamları təqdim olunub. Uşaqlar isə müxtəlif əyləncəli oyunlarla xoş vaxt keçiriblər. Soydaşımız müğənni Günay Sənanın və “Sound of Fire” (“Alov səsi”) nağara qrupunun ifasında səsləndirilən musiqilər böyük coşqu ilə qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 İyun 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri