Soydaşlarımızın Rusiyada qalması,... ŞƏRH EDİLDİ | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Miqrantlar Rusiya qanunları ilə tənzimlənir.
Qanundankənar yaşayan insanlar hansı ölkənin vətəndaşı olursa-olsun onlar haqqında, yəqin ki, Rusiya dövləti öz qanunlarına uyğun olaraq tədbirlər görəcək".
Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.
O bildirib ki, orada deportasiya var, müəyyən başqa məsələlər var: "Bunların hamısı Rusiya dövlətinin qanunları ilə tənzimlənir.
Hesab edirəm ki, bizim orada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün səfirliyimiz, konsulluğumuz, nümayəndəliklərimiz, müxtəlif təşkilatlar, cəmiyyətlər məşğuldur.
Eyni zamanda Azərbaycan dövləti öz vətəndaşlarının dünyanın harasında olursa-olsun qayğısına qalır.
Onların Rusiyada qalması, onlara oturum verilməsi, qeydiyyata alınmaları arzuolunandır.
Təbii ki, bu insanlar işləmək üçün Rusiyaya gediblər. Onlar Rusiya dövlətinə ziyan vuran insanlar deyillər.
Tam oxu
Xəbəri oxu