Icma.az
close
up
RU
Soydaşlarımızın Rusiyada qalması,... ŞƏRH EDİLDİ

Soydaşlarımızın Rusiyada qalması,... ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Miqrantlar Rusiya qanunları ilə tənzimlənir. Qanundankənar yaşayan insanlar hansı ölkənin vətəndaşı olursa-olsun onlar haqqında, yəqin ki, Rusiya dövləti öz qanunlarına uyğun olaraq tədbirlər görəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

O bildirib ki, orada deportasiya var, müəyyən başqa məsələlər var: "Bunların hamısı Rusiya dövlətinin qanunları ilə tənzimlənir. Hesab edirəm ki, bizim orada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün səfirliyimiz, konsulluğumuz, nümayəndəliklərimiz, müxtəlif təşkilatlar, cəmiyyətlər məşğuldur. Eyni zamanda Azərbaycan dövləti öz vətəndaşlarının dünyanın harasında olursa-olsun qayğısına qalır. Onların Rusiyada qalması, onlara oturum verilməsi, qeydiyyata alınmaları arzuolunandır. Təbii ki, bu insanlar işləmək üçün Rusiyaya gediblər. Onlar Rusiya dövlətinə ziyan vuran insanlar deyillər. Əksinə Rusiya iqtisadiyyatına, elminə, inkişafına xeyir verən insanlardır.

Rusiya tərəfindən bizim gözləntimiz odur ki, bu məsələdə qərəzli, aqressiv, radikal mövqe sərgiləməsin. Bizim soydaşlarımız da əgər Rusiyaya gediblərsə, yəqin ki, onlar da çalışırlar ki, orada oturum almaq üçün qanuni qaydada icazə alsınlar, qeydiyyata düşsünlər. Rusiya vətəndaşlığı olanlar bir tərəfə, ancaq vətəndaşlığı olmayanlar, miqrant kimi gedənlər, müvəqqəti işləməyə gedənlərin Rusiyanın müvafiq qurumları tərəfindən qeydiyyata alınması, onlara müəyyən müddət işləməyə şərait yaratması vacibdir. Dövlət də bu məsələdə maraqlıdır. Çünki bu insanların sayı az deyil, minlərlədir. Rusiyadan deportasiya olunmaları Rusiyaya xeyir verən məsələ deyil, eyni zamanda Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Buna görə də Azərbaycan dövləti də, dövlətimizin müəyyən qurumları da Rusiya dövlətinin bu sahə ilə məşğul olan qurumları ilə mütəmadi olaraq iş aparır. Bizim Rusiyadakı səfirliyimiz, konsulluğumuz, nümayəndəliklərimiz, başqa qurumlar da oradakı vətəndaşlarımızın taleyi ilə maraqlanır, maraqlanmalıdırlar da. Vətəndaşlarımıza orada normal qalıb, yaşayıb işləməyə kömək etməlidirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri