Soyuq havada immuniteti necə aktiv edək? Həkimdən məsləhət | Icma.az
Icma.az bildirir, Medicina saytına əsaslanaraq. Xüsusilə payız və qış aylarında soyuq hava və günəş şüalarının azlığı immun sisteminin zəifl
Bu dövrdə mövsümi qrip, sinusit, bronxit, angina kimi respirator xəstəliklərə daha çox rast gəlinir.
Medicina.az xəbər verir ki, Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti İlahə Əsədovanın sözlərinə görə, bu dövrdə infeksion xəstəliklərin artması gözləniləndir:“Hava-damcı yolu ilə yayılan infeksiyalar, hətta parotit və suçiçəyi kimi xəstəliklər də bu dövrdə artır.
Çünki qışda insanların iş yerləri, məktəblər, ictimai nəqliyyat kimi sıx kollektivlərdə olması infeksion xəstəliklərə yoluxma riskini artırır.
Ümumiyyətlə, bu dövrdə böyüklərdə ən çox rast gəlinən infeksion xəstəliklər sırasında hepatitlər, virus və bakterial mənşəli qrip, hava-damcı yolu ilə yayılan müxtəlif infeksiyalar, eyni zamanda yumşaq toxumaların iltihabi xəstəlikləri üstünlük təşkil edir”.Astara Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Tərzan Dadaşov isə bildirir ki, xroniki xəstəliyi olan şəxslərdə infeksiyalar daha ağır keçə bilir:“Respirator infeksiyalar, adətən, yüksək hərarət, öskürək, boğaz ağrısı, halsızlıq və burun axıntısı kimi əlamətlərlə özünü göstərir.
Xroniki xəstəlikləri olanlarda infeksion xəstəliklərin gedişi daha ağır olur və sağalma müddəti uzanır.
Buna görə də, infeksiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin görülməsi və tibbi nəzarətin təmin olunması mühüm əhəmiyyət daşıyır”.
İ.Əsədova vurğulayır ki, fəsil dəyişiklikləri, düzgün qidalanmamaq, stress, kifayət qədər istirahət etməmək və artıq fiziki yüklənmə immuniteti zəiflədir: “Xüsusilə qoruyucu vasitələrdən istifadə etməyən şəxslərdə, allergik xəstəlikləri olanlarda və ya xroniki xəstəlikləri olanlarda infeksiyalar daha tez yaranır.
Tam oxu
Xəbəri oxu