Icma.az
close
up
RU
Soyuq havada immuniteti necə aktiv edək? Həkimdən məsləhət

Soyuq havada immuniteti necə aktiv edək? Həkimdən məsləhət

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.


Xüsusilə payız və qış aylarında soyuq hava və günəş şüalarının azlığı immun sisteminin zəifləməsinə səbəb olur. Bu dövrdə mövsümi qrip, sinusit, bronxit, angina kimi respirator xəstəliklərə daha çox rast gəlinir.

Medicina.az xəbər verir ki, Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti İlahə Əsədovanın sözlərinə görə, bu dövrdə infeksion xəstəliklərin artması gözləniləndir:

“Hava-damcı yolu ilə yayılan infeksiyalar, hətta parotit və suçiçəyi kimi xəstəliklər də bu dövrdə artır. Çünki qışda insanların iş yerləri, məktəblər, ictimai nəqliyyat kimi sıx kollektivlərdə olması infeksion xəstəliklərə yoluxma riskini artırır. Ümumiyyətlə, bu dövrdə böyüklərdə ən çox rast gəlinən infeksion xəstəliklər sırasında hepatitlər, virus və bakterial mənşəli qrip, hava-damcı yolu ilə yayılan müxtəlif infeksiyalar, eyni zamanda yumşaq toxumaların iltihabi xəstəlikləri üstünlük təşkil edir”.

Astara Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Tərzan Dadaşov isə bildirir ki, xroniki xəstəliyi olan şəxslərdə infeksiyalar daha ağır keçə bilir:

“Respirator infeksiyalar, adətən, yüksək hərarət, öskürək, boğaz ağrısı, halsızlıq və burun axıntısı kimi əlamətlərlə özünü göstərir. Xroniki xəstəlikləri olanlarda infeksion xəstəliklərin gedişi daha ağır olur və sağalma müddəti uzanır. Buna görə də, infeksiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin görülməsi və tibbi nəzarətin təmin olunması mühüm əhəmiyyət daşıyır”.

İ.Əsədova vurğulayır ki, fəsil dəyişiklikləri, düzgün qidalanmamaq, stress, kifayət qədər istirahət etməmək və artıq fiziki yüklənmə immuniteti zəiflədir:

“Xüsusilə qoruyucu vasitələrdən istifadə etməyən şəxslərdə, allergik xəstəlikləri olanlarda və ya xroniki xəstəlikləri olanlarda infeksiyalar daha tez yaranır. Yoluxma mənbəyi, adətən, xəstə şəxslər və ya infeksiyalı əşyalar olur".

T.Dadaşovun fikrincə, infeksion xəstəliklərin müalicəsi xəstəliyin törədicisindən, kliniki gedişindən və xəstənin ümumi vəziyyətindən asılı olaraq aparılmalıdır:

“Müalicə planı hər bir xəstə üçün fərdi şəkildə müəyyən edilir və özbaşına dərman qəbulu qəti şəkildə tövsiyə olunmur. Virus mənşəli infeksiyalarda, əsasən, simptomatik müalicə tətbiq edilir.

Bu zaman bədən hərarətinin aşağı salınması, ağrıların azaldılması və ümumi vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər görülür. Orqanizmin istirahəti və immun sisteminin dəstəklənməsi müalicədə mühüm rol oynayır.

Bakterial infeksiyalarda isə müalicə həkim təyinatı əsasında aparılır və uyğun preparatlar istifadə edilir. Müalicə kursunun tam şəkildə başa çatdırılması ağırlaşmaların qarşısının alınması baxımından vacibdir”.

Həkim-infeksionistlər vurğulayır ki, bol maye qəbulu, kifayət qədər istirahət və düzgün qulluq müalicənin ayrılmaz hissəsidir. İlkin simptomlar müşahidə olunduğu dövrdən aidiyyəti üzrə sahə həkimləri və həkim-mütəxəssislərə müraciət etmək xəstəliyin daha qısa zamanda aradan qaldırılmasında önəmli rol oynayır.


medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 20 Yanvar 2026 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri