Soyuq havalar virusları öldürür? Həkim danışdı | Icma.az
Icma.az, Demokrat.az saytına istinadən bildirir. Soyuq havaların gəlməsi ilə insanlar arasında bir çox miflər yayılır.
Onlardan biri də soyuq temperaturun xəstəlikləri, xüsusilə virusları öldürdüyünə dair inancdır.
Bir çoxları düşünür ki, qış mövsümündə hava daha təmiz olur və mikroblar məhv olur.Bununla bağlı Demokrat.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirib ki, bütün sahələrdə olduğu kimi miflər tibb sahəsində də əfsuslular olsun ki, vardır:“Bu miflər də bəzən insanları bir çaşqınlığa salır.
Bütün havaların və eləcə də qarlı, soyuq havaların insan orqanizminə öz təsiri var. Burada müsbət və mənfi təsirlər var.
Müsbət təsirlər ondan ibarətdir ki, orqanizmdə əgər bu tədricən baş verirsə, soyuğa qarşı gücün artması baş verirsə bədəni sərtləşdirir və infeksiyalara qarşı dözümlülüyü artıra bilir.
Eyni zamanda qarlı havada havada olan çirkli, toksik maddələr qarla udulduğu üçün havanın təmizlənməsi baş verir.
Psixoloji bir rahatlıq verir, əhval-ruhiyyəni yüksəldə bilir. Amma mənfi təsirlər də vardır.
Çünki virus infeksiyalarına soyuq və qarlı havanın təsiri olmur”.
Tam oxu
Xəbəri oxu