Icma.az
close
up
RU
Soyuq havalar virusları öldürür? Həkim danışdı

Soyuq havalar virusları öldürür? Həkim danışdı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Soyuq havaların gəlməsi ilə insanlar arasında bir çox miflər yayılır. Onlardan biri də soyuq temperaturun xəstəlikləri, xüsusilə virusları öldürdüyünə dair inancdır. Bir çoxları düşünür ki, qış mövsümündə hava daha təmiz olur və mikroblar məhv olur.
Bununla bağlı Demokrat.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirib ki, bütün sahələrdə olduğu kimi miflər tibb sahəsində də əfsuslular olsun ki, vardır:
“Bu miflər də bəzən insanları bir çaşqınlığa salır. Bütün havaların və eləcə də qarlı, soyuq havaların insan orqanizminə öz təsiri var. Burada müsbət və mənfi təsirlər var. Müsbət təsirlər ondan ibarətdir ki, orqanizmdə əgər bu tədricən baş verirsə, soyuğa qarşı gücün artması baş verirsə bədəni sərtləşdirir və infeksiyalara qarşı dözümlülüyü artıra bilir. Eyni zamanda qarlı havada havada olan çirkli, toksik maddələr qarla udulduğu üçün havanın təmizlənməsi baş verir. Psixoloji bir rahatlıq verir, əhval-ruhiyyəni yüksəldə bilir. Amma mənfi təsirlər də vardır. Çünki virus infeksiyalarına soyuq və qarlı havanın təsiri olmur”. 
Həkim əlavə edib ki, virus infeksiyaları sadəcə canlılığı, aktivliyi bir balaca azalda bilir:
“Amma qrip, “COVID-19” kimi virus infeksiyaları soyuq və qarlı havaya baxmır, çox rahatlıqla da bir insandan digərinə keçə bilir. Virus infeksiyalarından əlavə olaraq bakterial infeksiyalar da vardır ki, bunlar da bizdə infeksiyaya səbəb olur. Bəli, bir çox bakterial infeksiyalara soyuq, qarlı havalar mənfi təsir göstərir və onların ölməsinə gətirib çıxara bilir. Son nəticə olaraq onu demək istəyərdim ki, tibb elminin sübuta dayanan araşdırmaları onu göstərib ki, soyuq, qarlı hava, virus və bakterial mikroorqanizmləri tam məhv edə bilmir, sadəcə onların aktivliyinin azaldır. Bu səbəbdən də qış aylarındakı gigiyenaya ciddi riayyət etmək lazımdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri