Soyuq içkilərin ziyanı | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsti yay günlərində insanların əksəriyyəti məhz soyuq içkilərin qəbuluna (su, sərinləşdirici içkilər, limonad və s.) üstünlük verir.
Lakin insanların bir çox hissəsi bilmir ki, soyuq mayenin daim qəbulu onların səhhətinə çox ciddi ziyan vura bilər.
Soyuq su yerli immuniteti zəiflədir (selikli qişaların immuniteti) və bu səbəbdən insanda soyuq mayenin qəbulundan sonra tonzillit (angina) və s.
iltihablar inkişaf edə bilər. Çox soyuq mayenin qəbulu baş ağrısına səbəb ola bilər. Soyuq mayenin qəbulu zəiflik və yuxululuq gətirir.
Soyuq maye dişlərimiz üçün də çox ziyanlıdır. O, diş emalının üzərində çatların əmələ gəlməsinə səbəb ola bilər.
Dişlərimiz üçün temperaturların növbələşməsi də çox ziyanlıdır - isti qida və soyuq içki, isti qida və dondurma.
Lakin soyuq mayenin insanın mədə-bağırsaq sisteminə olan mənfi təsiri daha da böyükdür.
Tam oxu
Xəbəri oxu