Icma.az
close
up
RU
Soyuq içkilərin ziyanı

Soyuq içkilərin ziyanı

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsti yay günlərində insanların əksəriyyəti məhz soyuq içkilərin qəbuluna (su, sərinləşdirici içkilər, limonad və s.) üstünlük verir.

Lakin insanların bir çox hissəsi bilmir ki, soyuq mayenin daim qəbulu onların səhhətinə çox ciddi ziyan vura bilər.

Soyuq su yerli immuniteti zəiflədir (selikli qişaların immuniteti) və bu səbəbdən insanda soyuq mayenin qəbulundan sonra tonzillit (angina) və s. iltihablar inkişaf edə bilər.

Çox soyuq mayenin qəbulu baş ağrısına səbəb ola bilər.

Soyuq mayenin qəbulu zəiflik və yuxululuq gətirir.

Soyuq maye dişlərimiz üçün də çox ziyanlıdır. O, diş emalının üzərində çatların əmələ gəlməsinə səbəb ola bilər. Dişlərimiz üçün temperaturların növbələşməsi də çox ziyanlıdır - isti qida və soyuq içki, isti qida və dondurma.

Lakin soyuq mayenin insanın mədə-bağırsaq sisteminə olan mənfi təsiri daha da böyükdür. Məsələ burasındadır ki, soyuq suyun təsiri nəticəsində qida mədəni daha tez, sürətlə tərk edir. Nəticədə normal həzm proseslər kobud şəkildə pozulur. Bu isə disbakterioz, enterit, kolit və s. həzm sistemi xəstəliklərinə səbəb ola bilər.

Bundan əlavə qida mədəni tez tərk etdiyi üçün insan toxluq hiss etmir və lazım olandan artıq qida qəbul edir. Bu isə piylənmə üçün çox əlverişli şərait yaradır. Məhz bu səbəbdən kafe və restoranlar öz klientlərinə əksər hallarda məhz soyuq işkiləri təklif edir. Soyuq içkilər qəbul edən klient daha çox qida qəbul edəcək, kafe və restoran isə daha çox gəlir əldə edəcək.

Bir çox insanların fikirinə əks olaraq, ilıq maye soyuq maye ilə müqayisədə daha yaxşı susuzluğu yatırdır. İlıq su bağırsaqlarımızda daha tez mənimsənilir.

Bildiyimiz kimi, sərinləşdirici işkiləri (cola, fanta və s.) yalnız soyuq halda qəbul etmək tövsiyə olunur. Bu içkilərin istehsalçıları hətta bu haqda butulkaların üzərində xüsusi qeyd edirlər: "Soyuq için". Bunun səbəbi nədir? Bəzi araşdırmalara görə, bu içkilərin tərkibində olan bəzi maddələr içkinin temperaturu artdıqda insan orqanizmi üçün çox ziyanlı birləşmələrə çevrilir. Əslində belə "sərinləşdirici" içkilər susuzluqla mübarizədə heç bir kömək etmir, əksinə daha da susuzlaşdırır. Nəticədə insan sərinləşdirici içkinin növbəti porsiyasını içir, lakin susuzluq keçmir, daha da artır.

Ümumillikdə bu kimi sərinləşdirici içkilərin qəbulu insan orqanizminə heç bir xeyir gətirmir.

Bu səbəbdən isti yay günlərində susuzluğu yatırtmaq üçün təbii təmiz ilıq (otaq temperaturunda) sudan, kompotdan, çaydan (həm qara, həm də yaşıl) istifadə edin. Bu sağlamlığınızın saxlanılması üçün ən yaxşı seçimdir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri