Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir? | Icma.az
Icma.az bildirir, Oxu.az portalına istinadən. Emilya Tağıyeva yazır... Mağazada satıcı qıza çımxıran qadına hamı səssizcə baxırdı.
O, səbəbsiz yerə əsəbiləşmişdi - sadəcə, "tərs baxdığı" üçün qızı təhqir edirdi. Mən də baxırdım. Müdaxilə etmədim. Qorxurdum? Xeyr.
Sadəcə, öz abrımı qorumaq istədim. Amma sonra düşündüm: bəlkə, səhv etdim, qızı müdafiə etməli idim? Göstərdiyim tərbiyə idi, ya laqeydlik?
Bəlkə də, bu, böyüdüyümüz mühitin bizə verdiyi vərdişlərdəndir... Mənim yeniyetməlik illərim 1990-cı illərə düşüb.
Həmin dövrləri xatırlayanda "Tütək səsi" filmindəki kimi ağ-qara mənzərə gözümün önündə canlanır - müharibənin izləri, qəmli simalar, ümidsiz baxışlar.
Bir tərəfdən də sovet hökuməti dağılmışdı - işsizlik, çörək növbələri, talon sistemi... O illəri görən hər kəsin yaddaşında bu izlər qalıb.
Biz uşaqların da özünəməxsus dərdləri var idi - məktəbdə bullinq, bəzi müəllimlərin ayrı-seçkilik etməsi, bəyəndiyimiz nəyisə ala bilməmək...
Böyüklərin problemlərini görüb öz çətinliklərimizi evdə deməyə utanırdıq. Dostlarla kafeyə, restorana getməyin adını belə çəkmirəm.
Tam oxu
Xəbəri oxu