Icma.az
close
up
RU
Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?

Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Emilya Tağıyeva yazır...

Mağazada satıcı qıza çımxıran qadına hamı səssizcə baxırdı. O, səbəbsiz yerə əsəbiləşmişdi - sadəcə, "tərs baxdığı" üçün qızı təhqir edirdi. Mən də baxırdım. Müdaxilə etmədim. Qorxurdum? Xeyr. Sadəcə, öz abrımı qorumaq istədim. Amma sonra düşündüm: bəlkə, səhv etdim, qızı müdafiə etməli idim? Göstərdiyim tərbiyə idi, ya laqeydlik?

Bəlkə də, bu, böyüdüyümüz mühitin bizə verdiyi vərdişlərdəndir...

Mənim yeniyetməlik illərim 1990-cı illərə düşüb. Həmin dövrləri xatırlayanda "Tütək səsi" filmindəki kimi ağ-qara mənzərə gözümün önündə canlanır - müharibənin izləri, qəmli simalar, ümidsiz baxışlar. Bir tərəfdən də sovet hökuməti dağılmışdı - işsizlik, çörək növbələri, talon sistemi... O illəri görən hər kəsin yaddaşında bu izlər qalıb. Biz uşaqların da özünəməxsus dərdləri var idi - məktəbdə bullinq, bəzi müəllimlərin ayrı-seçkilik etməsi, bəyəndiyimiz nəyisə ala bilməmək... Böyüklərin problemlərini görüb öz çətinliklərimizi evdə deməyə utanırdıq. Dostlarla kafeyə, restorana getməyin adını belə çəkmirəm.

Bugünkü nəsil isə əsl gəncliyini yaşayır, birlikdə görüşür, gəzintiyə gedirlər, metkartinq, boulinq, peyntboldan tutmuş karaokeyə kimi müxtəlif əyləncə növləri ixtiyarlarındadır.

Gənclərdə həsəd apardığım daha bir məsələ isə bu yaşda öz mövqelərini ortaya qoya bilmələri, sözlərini, istəklərini azad şəkildə ifadə etmələridir. Etiraf edim, bizim gənclik illərində hörmət adı altında lazım oldu-olmadı, böyüklər demiş, "dilimizi dinc saxlamışıq", cavab qaytarmamışıq. Nəticədə rüşvətin açıq-aydın olduğu dövrdə universitetdə qiymətlərimiz kəsiləndə də, keçid dövründə özəl müəssisələrdə işdə maaşlarımız gözümüz görə-görə yarımçıq veriləndə də dillənməmişik. Hətta rəfiqələrim, qohumlarım arasında ailələrində özlərinə qarşı haqsızlıqlara dözən, şiddəti qəbul edənlər var idi.

Çünki böyüklərimiz üçün susqunluq tərbiyə və mədəniyyət kimi qəbul edilirdi.

Həmin dövrün insanlarının çoxunda indi də bu utancaqlıq, "ayıbdır soruşmaq" kimi xasiyyət qalıb. Məsələn, bizim tanınmış müğənnimiz Sahib İbrahimovun başına bu yaxınlarda qəribə bir iş gəlib. Axşam vaxtı həmkarı Arzu Qarabağlıdan mesaj gəlib ki, bir bədbəxt hadisə olub, mənə təcili pul lazımdır və kartının nömrəsini yollayıb. Özü də deyib, səs atma, reanimasiyadayam. S.İbrahimov isə utanıb əlavə təfərrüat soruşmağa, həmin karta 100 manat yollayıb. Ancaq sonra İbrahimovun xanımı deyib ki, reanimasiyada olan adam sənə necə yazıb, bəlkə, bu, son vaxtlar artan dələduzlardandır? Yalnız bundan sonra İbrahimov məcbur qalıb Arzu xanıma zəng edib. A.Qarabağlı təəccüblə deyib ki, "indicə mənim "WhatsApp"ıma Əlikram Bayramovdan da 250 manatlıq ödəniş qəbzi gəldi". Məsələ burasındadır ki, kart nömrəsi onun deyilmiş. Onun ümumiyyətlə məsələdən xəbəri olmayıb.

Fikir verdinizsə, həm Sahib Qafarov, həm Əlikram Bayramov həmin dəqiqə zəng edib məsələnin əslini soruşmağa utanıblar. Buna görə də hər iki ifaçı dələduzluğun qurbanı olub.

İndiki gənclər isə tam fərqli dünyada böyüyürlər - açıqsözlüdürlər, özlərini ifadə etməkdən, onları təəccübləndirən, şübhə doğuran məsələləri soruşmaqdan çəkinmirlər. Bu həm də dövrün fərqidir, gəncləri formalaşdırıb.

Bəli, sözünü deməkdən utanmamaq, narahat qaldığın məsələləri soruşmaq, özünü şəxsiyyət kimi qiymətləndirmək, hisslərini sərbəst ifadə etmək çox yaxşı xüsusiyyətdir, bir çox anlaşılmazlıqlardan, problemlərdən həm şəxsin özünü, həm də ətrafındakıları xilas edir.

Amma... Tək bir "əmma"sı var. Sərbəstlik və kobudluq tamam fərqli anlayışlardır. Təəssüf ki, bəziləri bunları səhv salırlar. Birinə yanlış davranışı ilə bağlı iradını bildirəndə o, azad insan olduğunu vurğulayır, "əcəb edirəm, sözüm var, deyirəm, heç kimdən qorxmuram, çəkinmirəm" tipli cavab verir. Abrını gözləyib cavab qaytarmayanda isə qarşı tərəf bunu qorxaqlıq kimi qəbul edir.

Tərbiyə və mədəniyyət insanın zəifliyi deyil, əksinə, gücüdür. Amma elə adamlar var ki, tərbiyəli insanı susqun, qorxaq, ya da özünü müdafiə edə bilməyən biri kimi görürlər. Bu, təəssüf ki, indi çox rast gəlinən haldır.

O gün bir xanım ictimai nəqliyyatda palçıqlı ayaqqabı ilə oturacağa çıxan uşağa görə anasına iradını bildirdi, o isə qarşılığında: "Azad uşaqdır, nə istəyir, onu da edir", - dedi. Bir uşağın ictimai nəqliyyatda oturacağı çirkləndirməsi, ətrafındakıların narahatlığına səbəb olması azadlıqdırmı? Ananın bunu müdafiə etməsi, irəli dünyagörüşlə əlaqələndirməsi nə dərəcədə düzgündür? Bu davranışa heç kobudluq da demək düzgün deyil, birbaşa tərbiyəsizlikdir, çünki başqasına həm fiziki, həm də mənəvi narahatlıq yaradır və azmış kimi, "müasir dövrdə azad danışmaq" adı ilə təhqirlə cavab verir, qarşısındakını sözləri ilə incidir.

İctimai nəqliyyatda, yolda, iş yerlərində yaşa-başa baxmayaraq bu cür hörmətsiz çıxışlar edənləri görəndə adam fikirləşir ki, bəlkə, bizim gənclik vaxtımızda olan həmin "hörmət" anlayışı tam yox olmamalı idi? Əsl tərbiyə və sərbəstlik harada kəsişir? Ortaq yol varmı?

Bu barədə çox fikirləşdim. Düşünürəm ki, məsələ təkcə sərbəstlikdə və ya tərbiyədə deyil, insanın öz sərhədlərini və başqalarının haqqını anlamasındadır. Hörmət edərək fikrini ifadə edə bilmək və sərbəst olub kobudlaşmamaq - əsl balans budur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Fevral 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri