S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib | Icma.az
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin kreditlərin dollarlaşmasından xeyli y
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd olunub.
Agentlik bildirir ki, Azərbaycan prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində bir sıra islahatlara start verib.
Bu çərçivədə "Bazel III" standartlarının mərhələli tətbiqi davam edir, idarəetmənin təkmilləşdirilməsi, məlumatların açıqlanması və makroprudensial nəzarət üzrə təşəbbüslərlə yanaşı, riskəsaslı nəzarət sisteminin pilot tətbiqi həyata keçirilir.
İslahatlar hələ ilkin mərhələdə olsa da, onların tam icrası beynəlxalq tənzimləmə təcrübəsi ilə fərqin azalmasına töhfə verməlidir.
Bununla belə, bank sektoru artan depozit bazası hesabına sabit maliyyələşdirmə profilini qorumaqdadır.
"S&P" analitiklərinin qiymətləndirməsinə görə, depozitlərin dollarlaşması COVID-19 pandemiyasından əvvəlki 55 %-dən 29 %-ə düşüb.
"Bu azalmaya manat depozitləri üzrə daha yüksək faiz dərəcələri və məzənnənin uzunmüddətli sabitliyi dəstək verib.
Tam oxu
Xəbəri oxu