Icma.az
close
up
RU
S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsinin kreditlərin dollarlaşmasından xeyli yüksək qalması valyuta öhdəlikləri ilə əsasən manatla formalaşan aktivlər arasında struktur valyuta disbalansına səbəb olur.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd olunub.

Agentlik bildirir ki, Azərbaycan prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində bir sıra islahatlara start verib. Bu çərçivədə "Bazel III" standartlarının mərhələli tətbiqi davam edir, idarəetmənin təkmilləşdirilməsi, məlumatların açıqlanması və makroprudensial nəzarət üzrə təşəbbüslərlə yanaşı, riskəsaslı nəzarət sisteminin pilot tətbiqi həyata keçirilir. İslahatlar hələ ilkin mərhələdə olsa da, onların tam icrası beynəlxalq tənzimləmə təcrübəsi ilə fərqin azalmasına töhfə verməlidir. Bununla belə, bank sektoru artan depozit bazası hesabına sabit maliyyələşdirmə profilini qorumaqdadır.

"S&P" analitiklərinin qiymətləndirməsinə görə, depozitlərin dollarlaşması COVID-19 pandemiyasından əvvəlki 55 %-dən 29 %-ə düşüb. "Bu azalmaya manat depozitləri üzrə daha yüksək faiz dərəcələri və məzənnənin uzunmüddətli sabitliyi dəstək verib. Lakin agentlik xəbərdarlıq edir ki, bu göstərici etimad amilinə son dərəcə həssasdır və valyuta məzənnəsinə təzyiqin yenidən artacağı təqdirdə əmanətçilərin xarici valyutaya sürətli dönüşü mümkündür", - hesabatda deyilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri