S&P Azərbaycanın kredit reytinqlərini təsdiqlədi | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"S&P Global Reytinq” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B'” səviyyəsində təsdiqləyib.
Bu barədə Qaynarinfo agentliyə istinadən xəbər verir. Məlumata görə, reytinqlər üzrə proqnoz "sabit”dir.
"S&P” qeyd edib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılı olaraq qalır.
Agentlik "Brent” markalı neftin orta qiymətini 1 barel üçün 75 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
Bundan əlavə, "S&P” analitikləri Azərbaycanda əsas yataqlardan neft hasilatının daha da azalacağını proqnozlaşdırır.
Bununla əlaqədar agentlik Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitinin azalacağını gözləyir.
"Bununla belə, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) əhəmiyyətli likvid fiskal aktivlər toplayıb ki, bunlar da proqnozlarımıza görə 2024-cü ilin sonuna ümumi daxili məhsulun (ÜDM) təxminən 80 %-ni təşkil edəcək.
Tam oxu
Xəbəri oxu