Icma.az
close
up
RU
S&P Azərbaycanın kredit reytinqlərini təsdiqlədi

S&P Azərbaycanın kredit reytinqlərini təsdiqlədi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"S&P Global Reytinq” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B'” səviyyəsində təsdiqləyib.

Bu barədə Qaynarinfo agentliyə istinadən xəbər verir.

Məlumata görə, reytinqlər üzrə proqnoz "sabit”dir.

"S&P” qeyd edib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən asılı olaraq qalır.

Agentlik "Brent” markalı neftin orta qiymətini 1 barel üçün 75 ABŞ dolları səviyyəsində proqnozlaşdırır. Bundan əlavə, "S&P” analitikləri Azərbaycanda əsas yataqlardan neft hasilatının daha da azalacağını proqnozlaşdırır.

Bununla əlaqədar agentlik Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitinin azalacağını gözləyir.

"Bununla belə, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) əhəmiyyətli likvid fiskal aktivlər toplayıb ki, bunlar da proqnozlarımıza görə 2024-cü ilin sonuna ümumi daxili məhsulun (ÜDM) təxminən 80 %-ni təşkil edəcək. Bu aktivlər ölkəni lazımi təhlükəsizlik yastığı ilə təmin etməlidir", - məlumatda vurğulanıb.

Stabil proqnoz neft hasilatının tədricən azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı ticarət şərtlərində mümkün şoklardan qoruya biləcəyini əks etdirir.

"S&P” Azərbaycanın fiskal balansları orta müddətli perspektivdə onun gözlədiyindən əhəmiyyətli dərəcədə zəif olarsa, reytinqləri aşağı sala bilər. Bu, ölkədə neft hasilatı gözləniləndən daha sürətlə azalarsa baş verə bilər.

"Əgər Azərbaycan davamlı olaraq ikili fiskal və cari hesab profisitləri əldə etməyə davam edərsə və regionda geosiyasi risklər azalarsa, reytinqləri artıra bilərik”, - S&P-nin açıqlamasında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri