SpaceX in IPO su uğurlu olarsa, Mask dünyanın ilk trilyoneri olacaq

04.06.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

826 milyard dollarlıq sərvətə malik İlon Mask "SpaceX" şirkətinin IPO-sundan sonra dünyanın ilk trilyoneri olmaq yolundadır.

Banco.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.  

Nəşrin məlumatına görə, gələn həftəyə planlaşdırılan IPO uğurlu olarsa, dünyanın ən varlı adamı olan Mask ilk trilyoner kimi tarixə düşə bilər.

Maskın 542 milyard dollarlıq paya sahib olduğu "SpaceX" ən azı 1,8 trilyon dollar dəyərində qiymətləndirmə hədəfləyir. Şirkət hər biri 135 dollardan 555,6 milyon səhm satmağı planlaşdırır.

Nəşrin məlumatına görə, elektrik avtomobil istehsalçısı "Tesla" şirkətinə də rəhbərlik edən iş adamı səhmlərini satmır və nəticədə "SpaceX" səhmlərinin yerləşdirilməsi çərçivəsində şirkətin səsvermə hüququ olan səhmlərinin 82,4%-ni əldə edəcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью