SpaceX in IPO su uğurlu olarsa, Mask dünyanın ilk trilyoneri olacaq
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
826 milyard dollarlıq sərvətə malik İlon Mask "SpaceX" şirkətinin IPO-sundan sonra dünyanın ilk trilyoneri olmaq yolundadır.
Banco.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Nəşrin məlumatına görə, gələn həftəyə planlaşdırılan IPO uğurlu olarsa, dünyanın ən varlı adamı olan Mask ilk trilyoner kimi tarixə düşə bilər.
Maskın 542 milyard dollarlıq paya sahib olduğu "SpaceX" ən azı 1,8 trilyon dollar dəyərində qiymətləndirmə hədəfləyir. Şirkət hər biri 135 dollardan 555,6 milyon səhm satmağı planlaşdırır.
Nəşrin məlumatına görə, elektrik avtomobil istehsalçısı "Tesla" şirkətinə də rəhbərlik edən iş adamı səhmlərini satmır və nəticədə "SpaceX" səhmlərinin yerləşdirilməsi çərçivəsində şirkətin səsvermə hüququ olan səhmlərinin 82,4%-ni əldə edəcək.
Baxış sayı:174
Bu xəbər 04 İyun 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















