Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Spermanın keyfiyyəti hamilə qalma şansına təsir edən vacib amillərdəndir. Sperma sayının, hərəkətliliyinin və formasının pozulmasına müxtəlif səbəblər təsir edə bilər.
Medicina.az sperma keyfiyyətini azalda bilən amilləri təqdim edir:
Siqaret çəkmək
Həddindən artıq alkoqol qəbulu
Artıq çəki və piylənmə
Uzunmüddətli stress
Yuxusuzluq
Yüksək temperatura tez-tez məruz qalmaq (sauna, isti vannalar)
Bəzi dərmanlar və anabolik steroidlər
Müalicə olunmayan cinsi yolla ötürülən infeksiyalar
Varikosel (xayalarda venaların genişlənməsi)
Sperma keyfiyyətini yaxşılaşdırmaq üçün:
Siqaretdən uzaq durun.
Alkoqolu məhdudlaşdırın.
Sağlam və balanslı qidalanın.
Müntəzəm fiziki aktivliklə məşğul olun.
Kifayət qədər yatın və stressi idarə edin.
Hamiləlik planlaşdırılırsa və 1 il ərzində (35 yaşdan yuxarı qadın partnyor olduqda 6 ay ərzində) nəticə əldə olunmursa, uroloq və ya androloqa müraciət edərək spermoqram müayinəsi etdirin.
Qeyd edək ki, spermanın yenilənmə dövrü təxminən 2–3 ay çəkir. Buna görə həyat tərzində edilən müsbət dəyişikliklərin təsiri adətən bir neçə aydan sonra görünür.
Aygün
Medicina.az