“Sportinq”dən Region Liqasına FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR | Icma.az
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir. Yəqin ki, yazının başlığından söhbətin kimdən getdiyini az-çox başa düşdünüz.
Bilməyənlər üçün qeyd edim ki, mövzu Budaq Nəsirovdur. Nəsirov hələ 15 yaşındaykən “Turan”dakı çıxışları ilə göz oxşayırdı.
Məşqçi heyəti və azarkeşlər onun gələcəkdə yüksək yerlərə gələcəyini düşünürdü. Ki, belə də oldu.
20 yaşını tamamlamadan “Sportinq”ə yollandı. Portuqaliya nəhəngi həmyerlimizlə 5 illik müqavilə imzaladı.
Bəli, 1, 2 və ya 3 yox, düz 5 illik! Futbolun içində olan şəxslər bunun nə demək olduğunu yaxşı başa düşür.
Deməli, həmin oyunçunun yaşı, potensialı, bacarığı, fiziki durumu gələcəyi üçün ümid verir.
Yoxsa, Kriştiano Ronaldonu, Luiş Fiqunu dünya futboluna bəxş edən “Sportinq” niyə azərbaycanlı gənci heyətinə qatsın?
Millətin Azərbaycan futboluna inamının “öldüyü” dövrdə Nəsirovun transferi ümid parıltısı olmağı bacardı.
Tam oxu
Xəbəri oxu