Icma.az
close
up
RU
“Sportinq”dən Region Liqasına FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR

“Sportinq”dən Region Liqasına FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəqin ki, yazının başlığından söhbətin kimdən getdiyini az-çox başa düşdünüz. Bilməyənlər üçün qeyd edim ki, mövzu Budaq Nəsirovdur. 

Nəsirov hələ 15 yaşındaykən “Turan”dakı çıxışları ilə göz oxşayırdı. Məşqçi heyəti və azarkeşlər onun gələcəkdə yüksək yerlərə gələcəyini düşünürdü. Ki, belə də oldu. 20 yaşını tamamlamadan “Sportinq”ə yollandı. Portuqaliya nəhəngi həmyerlimizlə 5 illik müqavilə imzaladı. Bəli, 1, 2 və ya 3 yox, düz 5 illik! 

Futbolun içində olan şəxslər bunun nə demək olduğunu yaxşı başa düşür. Deməli, həmin oyunçunun yaşı, potensialı, bacarığı, fiziki durumu gələcəyi üçün ümid verir. Yoxsa, Kriştiano Ronaldonu, Luiş Fiqunu dünya futboluna bəxş edən “Sportinq” niyə azərbaycanlı gənci heyətinə qatsın? 

Millətin Azərbaycan futboluna inamının “öldüyü” dövrdə Nəsirovun transferi ümid parıltısı olmağı bacardı. Bütün futbol ictimaiyyəti, jurnalistlər, telekanallar Budaqdan danışırdı. Hər kəs ona Azərbaycan futbolunun gələcəyi kimi baxırdı. Bunun üçün yarımmüdafiəçinin əlində hər şey var idi. Böyük akademiya, təcrübəli məşqçi heyəti, ölkəsinin inamı...

Lakin nə oldu? Heç nə. Xaricə yollanan digər futbolçularımız kimi, o da, təlim-məşq toplanışlarına, nizam-intizam qaydalarına və ağır fiziki çalışmalara tab gətirə bilmədi. Heç “Sportinq”in “B” komandasında belə forma şansı qazanmadı. Nəticədə Budaq keçirdiyi uğursuz mövsümdən sonra ehtiyat oyunçular skamyasına daimi abunəlik qazandı. Buna baxmayaraq Portuqaliya klubunun ona inamı sönmədi. Nəsirova son şans verərək “Zirə”yə icarəyə yolladılar. 

Yarımmüdafiəçi burada da uğurlu çıxış edə bilmədi. Mövsüm ərzində 12 oyun, 0 qol. Təbii ki, bununla da, “Sportinq” haqlı olaraq müqaviləyə xitam verdi.

Sizə Budaqla birlikdə çıxış edən futbolçuların bir qisminin adlarını çəkim: Rafael Leao (“Lill”, “Milan”), Joao Palinya (“Braqa”, “Fulhem”, “Bavariya”), Merih Demiral (“Sassuolo”, “Yuventus”, “Atalanta”, “Əl-Əhli”), Domingez Duarte (“Qranada”, “Xetafe”), Tiaqo Calo (“Milan”, “Yuventus”, “Lill”, “Porto”)...

Yəqin ki, aranızda bu futbolçuları tanımayan yoxdur. Onlar hazırda dünya idmanında adından söz etdirən oyunçulardır. Amma bir zamanlar Budaqla birlikdə “Sportinq”in “B” komandasında çıxış edirdilər. Həmin futbolçuların Nəsirovdan milliyətdən başqa hansısa ciddi fərqi yox idi. Lakin onlar dünya ulduzu oldu, Budaq isə...

Bəli, Budaq Nəsirov isə bu gün Azərbaycan Region Liqasına yollandı. O, “Naftalan” klubu ilə müqavilə imzaladı. Özü də 28 yaşında. Azərbaycan futbolunun gələcəyi gənc yaşında karyerasına nöqtə qoydu. 

İndi gəlin açıq danışaq, hər dəfə AFFA-nın inkişaf strategiyasından, infrastrukturdan söz açırıq. Amma “Sportinq” Budaq Nəsirovu, “Everton” Araz Abdullayevi, “Zenit” akademiyası Ramil Şeydayevi peşəkar futbolçu kimi yetişdirə bilməyibsə, demək problem başqadır. Bəlkə də futbol heç bizlik deyil, millət olaraq bacarmırıq. O stabillik, intizam, bacarıq bizdə yoxdur. İstər “Neftçi” yetişdirsin, istər “Sportinq”...

NTD-də iki yeni basketbolçu Boatenqin "Salernitana"ya keçidi rəsmiləşdi Smollinqin yeni klubu bəlli olub Kaxaber Sxadadze: "Qarabağ" səhvləri bağışlamır" "Sabah"dan ev qələbəsi - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://apasport.az
archiveBu xəbər 13 Noyabr 2024 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri