Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sputnik-Azərbaycan” və “BBC Azərbaycanca”nın Bakıdakı redaksiyalarının bağlanması gözlənilir.
Lent.az-ın məlumatına görə, buna səbəb Azərbaycanın xarici media ilə iş sahəsindəki uyğunsuzluğu aradan qaldırmaq istəyidir.
Məlumata görə, Azərbaycanın dövlət informasiya agentliyinin Rusiyadakı əməkdaşlarının sayı qədər də Rusiyanın “Rossiya seqodnya” Agentliyinin Azərbaycanda əməkdaşı fəaliyyət göstərəcək.
Hazırda isə “Sputnik Azərbaycan”ın ofisində 40-a yaxın əməkdaş çalışır.
“BBC Azərbaycanca”-nın da fəaliyyətinin eyni məntiqlə tənzimlənəcəyi gözlənilir. "Sputnik Azərbaycan" nə vaxtdan fəaliyyət göstərir?
"Sputnik Azərbaycan" 2015-ci ildən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın "Rossiya Seqodnya" agentliyinin bir hissəsi olaraq Azərbayc
Onun əsas fəaliyyəti xəbər, analitik materiallar və müsahibələr təqdim etməkdir.