Icma.az
close
up
RU
Sputnik Azərbaycan ın fəaliyyətinə son? Jurnalist qalmaqalları və təxribat iddiaları

Sputnik Azərbaycan ın fəaliyyətinə son? Jurnalist qalmaqalları və təxribat iddiaları

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sputnik-Azərbaycan” və “BBC Azərbaycanca”nın Bakıdakı redaksiyalarının bağlanması gözlənilir. 

Lent.az-ın məlumatına görə, buna səbəb Azərbaycanın xarici media ilə iş sahəsindəki uyğunsuzluğu aradan qaldırmaq istəyidir. 

Məlumata görə, Azərbaycanın dövlət informasiya agentliyinin Rusiyadakı əməkdaşlarının sayı qədər də Rusiyanın “Rossiya seqodnya” Agentliyinin Azərbaycanda əməkdaşı fəaliyyət göstərəcək. 

Hazırda isə “Sputnik Azərbaycan”ın ofisində 40-a yaxın əməkdaş çalışır. 

“BBC Azərbaycanca”-nın da fəaliyyətinin eyni məntiqlə tənzimlənəcəyi gözlənilir.

"Sputnik Azərbaycan" nə vaxtdan fəaliyyət göstərir? 

"Sputnik Azərbaycan" 2015-ci ildən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın "Rossiya Seqodnya" agentliyinin bir hissəsi olaraq Azərbaycanda informasiya yayımı ilə məşğuldur. Onun əsas fəaliyyəti xəbər, analitik materiallar və müsahibələr təqdim etməkdir. Lakin mütəmadi olaraq onun fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr və tənqidlər səslənir.

Ekspertlərin fikrincə, ““Sputnik”in Azərbaycanda fəaliyyəti informasiya resursu
ndan çox kəşfiyyat  və təbliğat xarakterlidir”. 

“Sputnik Azərbaycan”dakı qalmaqallar

“Sputnik Azərbaycan”la bağlı müxtəlif dövrlərdə qalmaqallar yaşanıb. Bu ofisdə çalışan azərbaycanlı jurnalistlər arasından redaksiyanın informasiya siyasətinə, xüsusilə Azərbyacanın milli maraqları və Qarabağ mövzusu ilə bağlı məsələlərdəki yanaşmaya etiraz edənlər olub. 

Məsələn, 2019-cu ildə “Sputnik Azərbaycan”da redaktor vəzifəsində çalışan Mətin Yaşaroğlundan Qarabağ məsələsilə bağlı Azərbaycanın mövqeyinə uyğun yazıların dərc olunmaması tələb edilmişdi. Mətin Yaşaroğlu həmin vaxt agentlikdəki vəzifəsindən istefa vermişdi. 

Daha sonra isə “Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları olan Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və Gülzar Mustafayeva yenə eyni motivlərlə eyni gündə agentlikdəki işlərindən istefa verdiklərini sosial mediada açıqlamışdılar. 

“Media haqqında” Qanun nə deyir?

"Media haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu orqan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyidir (XİN). Akkreditasiya üçün tələb olunan sənədlər və prosedurlar "Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları"nda əksini tapıb. Akkreditasiya müddəti peşə fəaliyyətinin davam edəcəyi dövr üçün, lakin 1 ildən artıq olmamaq şərtilə müəyyən edilir.

Qeyd edək ki, hər iki ölkənin media nümayəndələrinin qarşılıqlı fəaliyyətini Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 9 yanvar 2001-ci il tarixində imzalanmış "Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı kütləvi informasiya vasitələri müxbirlərinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələri müxbirlərinin statusu haqqında" Saziş də  tənzimləyir.
Azərbaycan XİN hələlik məsələ ilə bağlı açıqlama verməyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri