“Sputnik Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? Açıqlama | Icma.az
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Artıq bir müddətdir bildirilir ki, “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkəmizdə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanacaq.
“Rossiya seqodnya” ölkəmizdə AZƏRTAC-ın Rusiyadakı müxbirinin sayı qədər, yəni bir nəfərlə təmsil olunacaq.
Nəzərə alsaq ki, “Sputnik-Azərbaycan”da 40-dan çox Azərbaycan vətəndaşı çalışır, o zaman belə anlaşılır ki, qarşıdakı günlərdə xeyli sayda jurnalist işsiz qalacaq.
Maraqlıdır, bu məsələnin ölkənin media siyasətinə məsul qurumlar tərəfindən hansısa formada tənzimlənməsi mümkündür?
Həmin jurnalistləri qısa müddətdə hansı formada işlə təmin etmək olar?Bakupost.az -ın mövzu ilə bağlı sullarına Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli cavab verib.Q.Məhərrəmli əvvəlcə “Sputnik-Azərbaycan”ın bağlanma səbəbinə aydınlıq gətirib:““Sputnik-Azərbaycan” Azərbaycanda qeydiyyatdan keçmiş bir media qurumudur, orada çalışanlar da bizim həmvətənlərimizdir, həmkarlarımızıdır və kifayət qədər istedadlı insanlardır.
Təəssüf doğuran odur ki, həmin media qurumunun yayım siyasətini orada çalışanlar yox, qurumun rəhbərləri və təsisçiləri müəyyənləşdirir.
Müxtəlif dönəmlərdə baş verən hadisələrlə bağlı həmin media qurumunun verdiyi məlumatlar birmənalı şəkildə Azərbaycanın maraqlarına zidd olur.
Tam oxu
Xəbəri oxu