Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

“Sputnik Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? Açıqlama

“Sputnik Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? Açıqlama

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Artıq bir müddətdir bildirilir ki, “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkəmizdə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanacaq. “Rossiya seqodnya” ölkəmizdə AZƏRTAC-ın Rusiyadakı müxbirinin sayı qədər, yəni bir nəfərlə təmsil olunacaq. Nəzərə alsaq ki, “Sputnik-Azərbaycan”da 40-dan çox Azərbaycan vətəndaşı çalışır, o zaman belə anlaşılır ki, qarşıdakı günlərdə xeyli sayda jurnalist işsiz qalacaq. Maraqlıdır, bu məsələnin ölkənin media siyasətinə məsul qurumlar tərəfindən hansısa formada tənzimlənməsi mümkündür? Həmin jurnalistləri qısa müddətdə hansı formada işlə təmin etmək olar?

Bakupost.az -ın mövzu ilə bağlı sullarına Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli cavab verib.


Q.Məhərrəmli əvvəlcə “Sputnik-Azərbaycan”ın bağlanma səbəbinə aydınlıq gətirib:

““Sputnik-Azərbaycan” Azərbaycanda qeydiyyatdan keçmiş bir media qurumudur, orada çalışanlar da bizim həmvətənlərimizdir, həmkarlarımızıdır və kifayət qədər istedadlı insanlardır. Təəssüf doğuran odur ki, həmin media qurumunun yayım siyasətini orada çalışanlar yox, qurumun rəhbərləri və təsisçiləri müəyyənləşdirir. Müxtəlif dönəmlərdə baş verən hadisələrlə bağlı həmin media qurumunun verdiyi məlumatlar birmənalı şəkildə Azərbaycanın maraqlarına zidd olur. O mənada ki, reallığı, gerçəyi demir, manipulyasiya ilə məşğul olurlar, materiallar anti-Azərbaycan ruhunda hazırlanır. Həqiqət təhrif olunur, məlumatlar doğru-dürüst olmur, jurnalistikanın prinsipləri ilə zidd gəlir”.


Professor daha sonra orada çalışanlar jurnalistlərin işsiz qalmaması ilə bağlı təkliflərini irəli sürüb: “Nə qədər zərərli, manipulyativ məlumatlar yayılsa belə, “Sputnik-Azərbaycan”da bizim də tanıdığımız, hörmət etdiyimiz peşəkar, savadlı, intellektual jurnalistlər çalışır. Burada çıxış yolu ondan ibarətdir ki, onlar özləri yığılıb bir media qurumu təsis edə bilərlər. Ancaq bu heç də məsələnin həlli deyil. Çünki burada maddi, təşkilati problemlər, ofis məsələsi var. Digər tərəfdən, hökumətin məsələyə sözün yaxşı mənasında müdaxiləsi ola bilər. Bilirsiniz ki, son vaxtlar medianın vəziyyəti acınacaqlıdır, “Turan” kimi informasiya agentliyinin bağlanması, bu istiqamətdə gedən proseslər, medianın məhək daşlarının dağılması, bünövrənin uçması təəssüf doğurur. Ona görə də formalaşmış, yetkinləşmiş jurnalistlərin qorunub-saxlanılması, sözün yaxşı mənasında bizim media resurslarımızın möhkəmlənməsinə xidmət edər. Yaxşı olar ki, bununla bağlı ciddi, fundamental addımlar atılsın. Yaxud da elə bir ağıllı yol tapılmalıdır ki, nə insanlar, nə də Azərbaycan informasiya mühiti bundan zərər çəksin...”

”Bu kimi halların ümumiyyətlə baş verməməsi üçün başqa bir ölkənin media şəbəkəsinin fəaliyyət göstərməsi necə tənzimlənməlidir” sualına gəldikdə isə Əməkdar jurnalist bunları deyib:


“Ümumiyyətlə bir ölkənin daxilində başqa bir ölkənin media siyasətini gerçəkləşdirən qurumların mövcud olması sərt dönüşlərdə çox ciddi problemlər yaradır. Burada hətta akreditə olunmuş informasiya agentliklərinin taleyi, orada çalışan peşəkar jurnalistlərin vəziyyəti də göstərir ki, bu barədə çox strateji düşünmək lazımdır. Ölkəmizdə fəaliyyət göstərirlərsə belə, doğru-dürüst, Azərbaycana zidd olmayan məlumatların yayılmasını təmin etməlidirlər. Bir mexanizm, qayda, prinsip olmalıdır ki, insanlara zərər verməsinlər.

Vaxtilə media siyasətini müəyyənləşdirən məmurların zamanında “Sputnik-Azərbaycan” kimi başqa ölkələrin maraqlarına xidmət edən media qurumları yaradılırdı və bunun əbədi olacağını düşünürdülər. Ancaq tarix və təcrübə göstərdi ki, ötəri maraqlara bağlı olan düşüncələr əsasında siyasət yeritmək olmaz. Media siyasəti media fəslsəfəsinə, jurnalistikanın prinsiplərinə uyğun reallaşdırılmalıdır ki, böyük bir peşəkar kollektiv təhlükə qarşısında qalmasın”.

Rumiyyə

Baku Post


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Fevral 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri