SSKA Qarabağ la Bakıdakı oyunda azarkeşsiz qalacaq

21.07.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Bolqarıstanın SSKA klubu Bakıda keçiriləcək ilk görüşdə azarkeşsiz oynayacaq.

QOL.az Sofiya təmsilçisinin mətbuat xidməti məlumatinə istinadən xəbər verir ki, komanda UEFA tərəfindən cəzalandırılıb.

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Derri Siti” (Şimali İrlandiya) ilə cavab görüşü zamanı bolqarıstanlı fanatların nümayiş etdirdiyi intizamsız davranışlar buna səbəb olub. Həmin oyunda SSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun 15 dəqiqə dayandırılıb. UEFA isə Sofiya klubunun növbəti səfər matçında azarkeşlərinin iştirakına qadağa qoyub. Həmçinin, klub 55 min avro cərimə edilib.

Qeyd edək ki, “Qarabağ”la SSKA arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab matçı isə iyulun 30-da Sofiyada olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью